Tək hərəkətlə qarnınızı əridin

Bir çox məşq hərəkətləri edərək, pəhriz saxlayaraq göbəyinizdən xilas olmağa çalışarsınız amma heç cür buna nail ola bilməzsiniz. Sizə idman təlimçilərinin göbək əritmədə çox təsirli olduğunu söylədikləri möcüzəvi bir hərəkəti tövsiyə edirik. Müntəzəm olaraq bu hərəkəti etməyiniz, belinizdə yığılan yağlara "əlvida" deməyinizə imkan verəcək.

Əslinə qalsa bu hərəkət, çox bəsitdi. Amma onu daha da çətinləşdirmək üçün pilates topu istifadə etməyiniz lazımdır. Qarın yağlarından xilas olub sıx bir görünüş yaratmaq üçün, hərəkətə başlayırıq!

Əvvəl məşq mövqesini alın. Yəni üz üstü yerə paralel gələcək şəkildə uzanın və əllərinizi çiyin xəttində açaraq yerə qoyun. Qıçlarınızı pilates topunun üzərinə yerləşdirin.

Hərəkəti edərkən belinizin qövslənməsinə icazə verməyin. Ayaqlarınızı, belinizi və çiyinlərinizi bir xətt üzərində yapışdırın.
Meydana gətirdiyiniz mövqedə qala bildiyiniz qədər uzun, mövqenizi pozmağa başlayana qədər gözləyin.

Əgər alternativ bir hərəkət daha tətbiq etmək istəsəniz, topun üzərinə kürəyinizi yerləşdirərək, ayaqlarınız doxsan dərəcəlik bucaqla yerə basarkən belinizi çəkə bilərsiniz. Ancaq diqqət, istifadə etdiyiniz topun bədən genişliyinə uyğun olmasına diqqət edin.fitnes

Yorum Gönder

0 Yorumlar