Ruleti hazırlamaq üçün sizə lazım olacaq:
- Yumurta - 5 ədəd
- Şəkər - 1 stəkan
- Un - 1 stəkan
- Kakao tozu - 3-4 yemək qaşığı
- Qaynadılmış qatılaşdırılmış süd - 1 banka
- Banan – 1 ədəd
- Duz - bir çimdik
Hazırlıq prosesi:
- Əvvəlcə bişirmə üçün formanın ölçüsündə olan perqament kağızı götürürük və sadə karandaşla zürafənin xallarını əks etdirən şəkil çəkirik.
- Yumurtanın sarısını ağından ayırırıq, və yarım stəkan şəkər tozu ilə bərk köpük halına gələnə qədər çalırıq.
- Yumurtanın ağını bir çimdik duz ilə bərk köpük halına gələnə qədər çalırıq. Çalmağa davam edərək qalmış şəkər tozunu əlavə edirik.
- Yuxarıdan aşağıya qaşıqla qarışdıraraq yumurtanın ağını sarısı ilə birləşdiririk.
- Xəmiri həmin qaydada qarışdıraraq ələk vasitəsilə un əlavə edirik.
- Formaya ilk öncə ağ kağız qoyuruq (şəkilin yaxşı görünməsi üçün), sonra isə üzərində zürafə şəkilini çəkdiyimiz perqament kağızını (şəkil çəkilən üzü aşağı olmalıdır). Perqamentin üzərinə və formanın kənarlarına bitki yağı çəkirik. Şirniyyat şprisindən istifadə edərək xəmiri şəkilin üzərinə yerləşdiririk və 180 dərəcəyə qədər qızdırılmış sobaya təxminən 2-3 dəqiqəlik qoyuruq.
- Bu zaman qalmış xəmirə kakao əlavə edib qarışdırırıq.
- Sobadan formanı çıxardırıq.
- Qalan xəmiri formaya yerləşdirib, hamarlayırıq (bunu mümkün qədər tez etmək lazımdır).
- Formanı yenidən 180 dərəcəyə qədər qızdırılmış sobaya təxminən 18-20 dəqiqə ərzinə qoyuruq (bişirmənin vaxtı sizin sobanızın xüsusiyyətlərindən və xəmirin qalınlığından asılıdır). Hazır biskviti çıxardırıq və dəsmala bükürük. Perqamenti xəmirin üzərindən çıxardırıq.
- Biskvitin üzərinə qatılaşdırılmış süd çəkirik, ortasına banan qoyub dəsmalın köməyi ilə rulet formasında bükürük.

0 Yorumlar