Ərəb qadınlarından gözəllik sirləri

Ərəb qadınları həmişə öz gözəlliyi ilə bütün dünyada məşhur olublar. Hələ qədim vaxtlardan onlar dərini cavan saxlamaq üçün və saçlara gözəllik vermək üçün təbiətin nemətlərindən istifadə edirdilər. Bu qadınların reseptləri kifayət qədər sadə, amma çox effektivdir.

Həmin reseptlərin bir neçəsini sizə təqdim edirik.
Saçlarımızın gözəlliyi üçün


  • Saçların parlaqlığı üçün adi xınadan maska hazırlamaq olar. Bunun üçün dərin qabda 200-300 qram kəsmik, 1 yumurta və bir paket xınanı yaxşıca qarışdırın, sonra saçlara çəkin və bir saat ərzində saçlarınızı sellofan paketə büküb dəsmalla bağlayın (saçlar nə qədər uzun olarsa, o qədər daha çox ərzaq istifadə olunur). Bu maskanı xınaya görə uzun müddət yuyub təmizləmək lazım olacaq, amma çəkilən əziyyət nəticəyə dəyəcək.

  • Əgər maskalar hazırlamağı sevmirsinizsə, bu zaman saç şampununuzun flakonuna (200 ml flakon üçün nəzərdə tutulub) 35-40 damcı efir yağı əlavə edin. Bu saçlar üçün kifayət qədər sadə və effektiv qulluq vasitəsidir.

  • Zeytun və ya ayıpəncəsi yağının 4 qaşığına 5 damcı efir yağı əlavə edin, qarışdırın və 4 saat ərzində saçlarınıza çəkin. Bu zaman saçlarınızı dəsmala bürüməyi unutmayın. Prosedurdan sonra isə saçlarınızı adi şampunla yuyun.

  • Otaq temperaturunda 1 qaşıq kameliya yağını qızdırın və nəm saçlara çəkin, yarım saata qədər saxlayın və sonra yuyun. Bu prosedurdan sonra da saçlar parıldayacaq və sağlamlıq saçacaqlar.


Bədəninimizin gözəlliyi üçün


  • Qəhvə çöküntüsünü darçın, sarıkök, duz və bir qaşıq zeytun yağı ilə qarışdırın. Alınmış qarışığı bədənə dairəvi hərəkətlərlə çəkməyə başlayın. Siz çox qısa bir müddətdə maskanın effektini görəcəksiniz. Əgər sizdə selülit varsa, bu zaman maskaya dəniz duzu əlavə edə bilərsiniz.

  • Dərini ipək kimi etmək üçün şərq gözəlləri zeytun yağıyla bütün bədəni sürtürdülər və o dəriyə hopduqdan sonra (30 dəqiqə kifayətdir) vanna qəbul edirdilər.

  • Xurmanın qurudulmuş yarpaqlarını qaynar suda bir neçə dəqiqəlik saxlayın, sonra vannaya tökün və həzz alın. Bu prosedur bədəni cavanlaşdıracaq.


Üzümüzün gözəlliyi üçün


  • Sarıkök təmizləyici xüsusiyyətlərə malikdir və dərini sızanaqlardan qurtara bilər. 1 qaşıq bal və sarıkökü qarışdırın və üz dərisinə çəkin (göz ətrafı dəri istisna olmaqla). 20 dəqiqədən sonra maskanı yuyub təmizləyin. Unutmayın ki, sarıkök boyama xüsusiyyətlərinə malik olduğu üçün, belə proseduru axşam etmək daha yaxşıdır.

  • Daha bir cavanlaşdırıcı və qidalandırıcı xüsusiyyətlərə malik meyvə – xurmadır. Onun meyvə ətinin 1 qaşığını 1 qaşıq kefir və 1 qaşıq kəsmiklə qarışdırın və üz dərisinə çəkin. 15-20 dəqiqə saxlayıb, ilıq suyla yuyun.

  • Şərq xanımları əsasən reseptlərdə şərq meyvələrindən, ədviyyatlardan və yağlardan istifadə edirlər. Paralel olaraq gözəl xanımlar həmçinin kəsmik, kefir, qəhvə, düyü və gil kimi məhsulları da tətbiq edirlər.

Yorum Gönder

0 Yorumlar