Maqnezium əskikliyi
Ürək ritmini tarazlıqda tutmaq və qan şəkəri səviyyəsini nizamlamaq kimi 300 kimyəvi reaksiya üçün bədənimizin maqneziuma ehtiyacı var. Sağlamlığa olan faydalarından əlavə olaraq, bu qida maddəsi kilo verməyə və bədənimizi şəklə salmamıza da köməkçi olur.
Düz qarın üçün, maqnezium cəhətdən zəngin qidalar istehlak edin. Məsələn yaşıl yarpaqlı tərəvəzlər, fındıq maqnezium baxımından zəngin qidalardır. Qidalanma şəklinizi dəyişdirmək istəmirsinizsə həkiminizə müraciət edərək gündəlik maqnezium tabletləri ata bilərsiniz. 30 yaşındakı qadınlar üçün təklif edilən gündəlik maqnezium miqdarı 310mq , 30 yaş və yuxarı qadınlar üçün 320mq dı.
Səhv məşqlər
Bir çox insan zəifləmək üçün uzun qaçış məşqlərinə üstünlük verir. Bu yanaşmadakı problem, nizamlı olaraq edilən 45 dəqiqəlik qaçışlar başlanğıcda bir neçə kilo verməyinizə köməkçi olsa da çox keçmədən maddələr mübadiləniz bu tempə alışar və kalori yandırmağı dayandırar.
Yaxşı göbəyinizdən xilas olmaq üçün daha təsirli bir üsul varmı? Ağırlıq məşqləri! Ağırlıq qaldırmaq əzələlərinizdə mikro cırıqlara səbəb olar və əzələləriniz özünü yığışdırarkən iki qatı enerji xərcləyər. Əzələlərinizin özünü yeniləməsi məşq etdiyiniz gündən iki gün sonraya qədər davam edə bilər.
Araşdırmaçılar kilo itkisində ən təsirli üsulun sıx interval məşqlər yəni "HIIT" olduğunu açıqladı.
İngitərədə edilən bir araşdırmada isə, sprint deyilən qısa və sürətli qaçışların edildiyi məşqlərin araşdırmaya qatılan kəslərdə yalnız iki həftəlik məşq proqramıyla göbək və ombalarındakı yağlardan xilas olmağa başladıqları müəyyən olunmuşdur.
Düz bir qarın üçün, üzmə, velosiped və qaçış kimi istədiyiniz bir çox kardiyo məşq formasıyla sıx məşq proqramı HIIT hazırlaya bilərsiniz.
Yuxu nizamı
Aparılan araşdırmalara görə bir çox qadın kifayət qədər yuxu yata bilmədiyindən şikayətçidir. Yuxu nizamsızlığı göbək bölgənizdə xoş olmayan nəticələrə səbəb ola bilər.
Nizamsız və az yuxu, iştah təşkil edən ghrelin adlı hormonun səviyyəsini salır və qadınlar gecələri istehlak etdikləri yağlı yeməklər səbəbiylə kilo alır. Düz bir qarın üçün; ən az gündə 7 saat yuxu yatmanız şərtdir!
Keyfiyyətli yuxu üçün, yataq otağınızdan elektronik cihazları çıxarın, otağınızı havalandırıb sərinlədin və günorta yeməyindən sonra kafeindən uzaq durun.
Qazlı içkilər
Şəkərli və qazlı içkilər qətiliklə olmaz. Qazlı içkilərin kalorisiz olanları belə göbəyinizin ən böyük düşmənidir.
Qazlı içkilər həm qarın bölgənizdə, həm də bədəninizin bütün bölgələrində yağlanmağa səbəb olur. Bunun səbəbi light içkilərin içində süni dadlandırıcıların olması və bədəninizin təbii şəkər və enerji gözləyərkən heç bir şey qəbul edə bilməməsidir. Bu vəziyyətdə isə bədəniniz aclıq siqnalları verərək daha çox yemək yemənizə səbəb olur.
Düz bir qarın üçün, qazlı içkilər yerinə təbii meyvə sularını seçin. Mümkün olduğunca şəkərli içkilərdən uzaq durun.
Həddindən artıq duz istehlakı
Duzlu bir yemək yedikdən sonra başınızın döndüyünü hiss edirsinizsə, bunun səbəbi beyininizdəki bir şey deyil.
Təklif edilən duz miqdarı gündəlik 2,300mq ikən, insanların 90% i hər gün bu sərhədi aşır. Düz bir qarın üçün; yeməklərinizə duz əlavə etməkdən imtina edin. Bunun yerinə yeməyinizi ədviyyatlarla dadlandırmağı sınaqdan keçirə bilərsiniz.

0 Yorumlar