Sadəcə olaraq ombre üslubunda boyanın rəngi tədricən bir neçə ton açılır, lakin dip dye üslubunda isə bir neçə rəng çalarları istifadə olunur.
Bu manikür zamanı bir rəng hamar şəkildə digər rəngə keçir. Bu stillərdə olunan manikür çox gözəl və olduqca dəbli görünür. Ən əsası da odur ki, belə manikür zamanı həm oxşar rəng çalarlarından istifadə etmək, həm də ki, tamamilə müxtəlif rəngləri uyğunlaşdırmaq olar.
Belə manikürü ev şəraitində etmək üçün sizə lazım olacaq:
- Minimum iki rəngdə dırnaq boyası (3-4 rəngdə də ola bilər),
- Bir tikə süngər,
- diş çöpü,
- Dırnaqlar üçün şəffaf parlaq örtük.
İlk öncə dırnaqlarınızı bir rəngdə olan lak ilə boyayın, bu sizin manikürunuzun əsas baza örtüyü olacaq. Kiçik bir qab götürün və dırnağınızda olan əsas lakdan ,yanına isə digər rəngdə olan boyadan bir neçə damcı tökün.
Diş çöpünün köməyi ilə səliqəli formada iki rəngi bir birinə birləşdirin. Süngəri alınmış qarışığa batırıb dırnaqlarınızın üzərinə çəkin. Bu zaman diqqət edin ki, dırnaq boyanızın əsas rəngində olan boya dırnaqlarınızın dibini, başqa çalarda olan boya isə dırnaqlarınızın ucunu boyasın.
Dırnaqlarınızın kənarlarını artıq boyadan təmizləmək üçün mayedə isladılmış pambıq çubuqlarından istifadə edə bilərsiniz. Alınmış manikür bir az quruduqdan sonra isə üzərinə şəffaf dırnaq boyası çəkin. Budur, ombre manikürünuz hazırdır!
[justified_image_grid facebook_id=122845817774316 facebook_album=692484724143753 limit=0]
[youtube id="rScALwk6OU8" width="620" height="360"]
[youtube id="f74jFo-h04c" width="620" height="360"]
[youtube id="MAzfVSOFsxM" width="620" height="360"]
[youtube id="hIDU0T7k0R8" width="620" height="360"]

0 Yorumlar