Odri Xepbernin adı həm də ən məşhur modelyer Yuber de Jivanşi ilə bağlıdır. Aktrisa maestronun geyimlərindən yalnız kino obrazlarında deyil, həm də gündəlik həyatda da istifadə edirdi. Bundan başqa, o həm də Jivanşinin işində bilavasitə iştirak edir və onun ilham pərisi hesab edilirdi. Hətta aktrisanın ölümündən sonra modelyer öz işinə və yaradıcılığına belə davam edə bilməmişdi.
Odri Xepbernin şöhrət piki 1950-1960-cı illərə təsadüf etməsinə baxmayaraq aktrisa istedadı, gözəlliyi, incəliyi və stili təcəssüm edən əfsanə qadın kimi yaddaşlarda daim qalacaq. Müasir modelyerlərə belə onun obrazının təsirini qeyd etməmək mümkün deyil. Odrinin stilinin əsas qaydası – klassik üslubda və məhz sənə yaraşan geyimləri seçməkdir.
Odri Xepbernin stilinə uyğun baza qarderobu:
- Ağ köynək. Bu geyim "Roma tətilləri" filmindən sonra çox populyar oldu. Odrinin stilində olan köynək maksimal dərəcədə sadə olmalıdır. Əgər əfsanəvi aktrisa ilə maksimal oxşarlığa nail olmaq istəyirsinizsə bu zaman köynəyi qayışla da bağlaya bilərsiniz.
- Baletkalar. Aktrisanın boyu 170 santimetr olduğu üçün o adi hündür daban ayaqqabılardan çox baletkalara üstünlük verirdi.
- Kiçik qara don. Bu geyimi Qabriyel Şanel icad etsə də, onu Odri Xepbern populyarlaşdırdı. Belə don üçün seçilmiş bəzəklər təmtəraqlı və gözə çarpan olmalıdır.
- Boyun yaylığı və ya uzun şərf. Bu iki aksessuardan aktrisa həm kino obrazlarında, həm də ki adi həyatda istifadə edirdi. Belə kiçik detallar belə həqiqətən də qadın obrazını daha zərif edə bilər.
- Boğazlı sviter. Bir çox obrazlarında Odri boğazlı sviter, qara kapri-şalvar və baletkalarda kino səhnəsinə çıxırdı.
- Yubkalı kostyum. Mükəmməl oturan yubkalı kostyum da artıq təkrar müasir dəbə qayıtmağa başlayır.
[justified_image_grid facebook_id=122845817774316 facebook_album=691038177621741 limit=0]

1 Yorumlar
Wcenretinca Ben Smith Free Download
YanıtlaSilslatexatim