Nişan üzükləri ilə bağlı inanclar

Hələ qədim vaxtlarda belə, nişan mərasimləri zamanı cütlüklər bir-birinə üzüklər təqdim edirdilər ki, bu da qanuni nikaha girdiklərini və birgə ailə həyatının başlanğıcını təcəssüm edirmiş. Toy və nikahla əlaqəli olan bir çox predmetlər sehrli hesab edilirdi və buna görə onlarla bağlı bir çox inanclar mövcuddur.

Bu inanclar həm də bəxt üzüklərinə aiddir. Qədim slavyanlar, yeni evlənmiş cütlüklərin üzüklərinə ailə xoşbəxtliyini təcəssüm edən xüsusi talisman kimi baxırdılar. Üzüklər nəsilin, sədaqətin və sevginin davamını təcəssüm etdikləri üçün, onların sahibləri üzükləri ölənə qədər saxlayırdılar.

Toy və nişan üzükləri ilə bağlı bir çox adət ənənələr və inanclar bizim bu günümüzə qədər gəlib çatıb. Ənənəvi olaraq üzükləri bəy əldə etməlidir. Amma müasir gəlinlər də üzük seçimində aktiv iştirak edirlər, çünki bu xanımlar üçün yalnız qızıl məmulatı deyil, həm də yeni həyatının başlanğıcı simvoludur. Nişan üzükləri ilə bağlı bir neçə inancı sizə təqdim edirik.

  • Nişan üzüklərini tamamilə eyni cür almaq lazımdır, onlar yalnız ölçülərinə görə fərqlənə bilər.

  • Öz üzüyünüzü başqa adama verməyin, xüsusəndə onu barmağına taxmaq üçün. Xalq əlamətlərinə görə bu zaman siz öz ailə səadətinizi, taleyinizi digər insana vermiş olursunuz. Əgər bunu edə bilmirsinizsə, bu zaman üzüyü bir yerə qoyun ki həmin adam üzüyü sizin əlinizdən deyil, məhz oradan götürsün.

  • Üzükləri sadə və hamar alın ki, ailə həyatınızda hamar olsun. Nişan üzükləri nə qədər iri və qalın olarsa, evliliyiniz o qədər daha zəngin və daha mötəbər olacaq.

  • Valideynlərinizin üzüklərindən istifadə etsəniz bu zaman onların ailə həyatının təkrarını yaşaya bilərsiniz.

  • Nişan üzüklərini heç bir halda yerə salmaq olmaz. İnanclara görə bu ayrılığa gətirib çıxara bilər.

  • İnanclara görə əgər siz başqa adamın nişan üzüyünü taxsanız, bu zaman həmin üzüyün sahibinin taleyini əldə etmiş olacaqsınız.

Yorum Gönder

0 Yorumlar