Biz sizə bir neçə işgüzar saç düzümlərini təqdim edirik.
İşgüzar saç kəsimləri
İşə, bir qayda olaraq, açıq və uzun saçlarla getmək olmaz. Bu ciddi obraza daha çox zəriflik verir və rahatlıq və etiket baxımından bir az uyğun gəlmir. Buna görə bir çox iş xanımları saçlarını orta uzunluqda kəsdirməyə üstünlük verirlər.
Topuzlar
Ofis üçün nəzərdə tutulmuş saç düzümlərinin bir variantı da topuzlardır. Bu saçlarını qısa kəsdirmək istəməyən uzun saçlı xanımlar üçün gözəl alternativdir. Topuzlar saç rezinləri və sancaqların vasitəsi ilə asan yığılır və hər kəsə gözəl yaraşır.
Hörüklər
Saçlarınıza bir çox hörük növlərindən istifadə edərək müxtəlif formalar verə bilərsiniz. Bu həm də sizin saçlarınızın uzunluğundan da asılı olan bir saç düzümüdür. Belə saç düzümü bir az daha çox vaxt aldığı üçün, işə getməzdən əvvəl bunun üçün 15-20 dəqiqə vaxt ayırmaq lazım olacaq.
At quyruğu
İşgüzar mühitdə düz at quyruğuna yığılmış saçlar çox dəbli görünür. Bu yalnız gözəl deyil, həm də seksual və praktik görsənir. Saçlar gözlərə girmir, dolaşmır və sizi yormur. Belə saç düzümü edərkən üstünlükləri vurğulamaq və çatışmazlıqları gizlətmək üçün tel saxlamaq, saçları hamar daramaq və ya yan saç ayrımını da etmək olar.
Buruqlar
Həmişə ciddi obrazda olduğu zaman, bəzən qadınlar işgüzar obrazlarına zəriflik əlavə etmək istəyir. Bu effekti siz buruq saçlarla əldə edə bilərsiniz. Bu zaman iş şəraitində buruq saç dalğalarını yana darayıb, sancaqla yığmaq lazımdır ki, onlar sizə mane olmasın. Saçlarınızı tez burmaq üçün xüsusi ütülərdən də istifadə edə bilərsiniz.

0 Yorumlar