Göz formanızı düzgün korreksiya etmək üçün göz qələmi, göz kölgələrinin düzgün seçilmiş çaları, tuş və vizajistlərin bir neçə peşəkar sirri sizə kömək edəcək.
- Göz altı dəri: Bu sahədə olan göylər və şişlər gözləri vizual olaraq balacalaşdırır. Buna görə göz ətrafı dəriyə xüsusi qulluq olunmalıdır. Göz ətrafı dərini buz dilimi ilə silməyə cəhd edin, bu sizə gözəl effekt verəcək. Həmçinin siz xüsusi kosmetik vasitələrdən və maskalardan da istifadə edə bilərsiniz.
- Kirpikləri bururuq: Bir çox qadınlarda kirpikləri burmaq üçün xüsusi maqqaşlar var. Bu əşya ilə siz sadəcə 20 saniyə ərzində işvə ilə əyilmş kirpiklərin sayəsində gözlərinizi böyüdə bilərsiniz. Düz kirpiklər gözlərə kölgə saldıqları üçün onları vizual olaraq balaca göstərirlər.
- Tuş: Gözlərimizi təbii ki, ilk öncə uzun və sıx kirpiklər bəzəyir. İri gözlər effektinə məhz onların hesabına nail olmaq olar. Buna görə kirpiklərin makiyajına da xüsusi diqqəti ayırmaq lazımdır. İlk olaraq kirpiklərə uzadan tuş çəksəniz yaxşıdır, üstündən isə vizajistlərin məsləhətinə görə həcm verən tuş çəkmək lazımdr. Hər qatın tam olaraq qurumasını gözləmək vacibdir! Sonuncu mərhələdə isə gözlərin xarici künclərində kirpikləri bir-birindən ayırmaq üçün bir qat daha tuş çəkilir.
- Layner: Gözləri vizual olaraq daha böyük etmək üçün, üst kirpiklərinin dibi ilə qara rəngdə layner çəkmək lazımdır. Xətt çox incə alınmalıdır, belə gözlər daha böyük və daha ifadəli görünəcəklər.
- Rəng əlavə edirik: Qara rəngdə deyil, daha açıq rəngli göz qələmlərindən və ya laynerlərdən istifadə etsəniz gözlərinizi vizual olaraq daha böyük edə bilərsiniz. Siz həmçinin açıq rəngli göz kölgələrindən də istifadə edə bilərsiniz. Tünd tonlarda göz kölgəsi seçərkən onları gözlərin xarici künclərinə çəkmək lazımdır. Tutqun rənglər vizual olaraq gözləri kiçiltdiyi üçün onlardan istifadə etmək məsləhət görülmür.
- Göz qələmi: Anjelina Jolie kimi çox gözəl badamşəkilli göz kəsiyini yaratmaq üçün, gözün ortasından xarici küncünə qədər tədricən genişləndirərək qara göz qələmi ilə kontur çəkin. Ağ rəngdə olan qələmi isə gözlərinizin daxili selikli hissəsinə çəkərək gözləri vizual olaraq böyütmək olar.
- Həcm əlavə edirik: Gözlərə həcm vermək üçün daha bir məlum üsuldan istifadə edə bilərsiniz. Bunun üçün gözlərin xarici küncünə bir az tünd tutqun rəngdə olan göz kölgəsi və ya tünd kirşan çəkin və səliqəli formada onu gözlərin küncünə yayın. Gözlərin daxili küncünə və qaşların altına isə açıq çalarlarda göz kölgəsini çəkmək lazımdır. Açıq çəhrayı və krem tonlu kölgələr dərisi çəhrayı çalarda olan xanımlara daha çox uyğun gələcək. Qızılı çalar isə sarımtıl dərili xanımlara daha çox yaraşacaq.
- Qaşlar: Gözəl formalı qaşlar ifadəli gözlər üçün çox gözəl çərçivədir. Artıq tüklərdən daim azad olun və qaş xəttini kölgələr və ya qaş qələmi ilə vurğulayın. Qaşların düzgün seçilmiş forması gözləri həm kiçildə, həm də ki, əksinə, böyüdə bilər.
0 Yorumlar