- Rahat yuxu - Düzgün yuxu təkcə sağlamlığa deyil, həm də zahiri görünüşə təsir edən bir amildir. 1-2 gün ərzində doyunca yatmadığınız halda bunun üzünüzə necə təsir etdiyini görə bilərsiniz. Üz dərisi solğun görünür, təravətini itirir, gözlərin altında göylər və şişlər əmələ gəlir. Məsələ ondadır ki, yuxu zamanı orqanizmdə olan müxtəlif proseslərin nəticəsində bütün orqanizm bərpa olunur. Az yatdığınız halda bu proseslər pozulur. Buna görə gözəl görünmək üçün gündə ən azı 7-9 saat eyni rejim əsasında yatıb durmaq lazımdır. İnsanın zahiri görünüşünə yuxunun təsirini İsveç alimlərinin tədqiqatları təsdiq edib.
- Düzgün qidalanma - Bizim dərimiz sağlamlığımızda olan problemləri özündə əks etdirir. Əgər belə problemlər sizi çox narahat edirsə, bu zaman öz qidalanmanıza diqqət yetirin. Dərinin sağlam və gözəl olması üçün düzgün qidalanmaq lazımdır. Gündəlik rasionunuza meyvə tərəvəz, süd və zülallı məhsulları daxil edin. Dəri üçün xüsusilə yaşıl və narıncı rəngli tərəvəzlərdə və meyvələrdə, bitki yağları və yarmalarda olan A, E, B vitaminləri daha faydalıdır.
- Dəriyə düzgün qulluq - Günəşdən müdafiə, dərinin təmizləməsi və nəmlənməsi - bu vacib olan əsas qulluq prosedurlarıdır. Dərini ilk öncə ultrabənövşəyi şüalardan qorumaq lazımdır. Bunun üçün xüsusi vasitələrdən istifadə edə bilərsiniz. Belə müdafiə dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır.
Təmizləmə prosedurunu gündə iki dəfə səhər və axşam etmək lazımdır. Təmizlik edərkən qoruyucu yağlamanın miqdarını azalda bilərsiz, və bu zaman dəri qabıqlanar, qızarar, vaxtından əvvəl qırışlar əmələ gələr. Bunun üçün diqqətli olmaq və xüsusi təmizləyici kosmetik vasitələrdən istifadə etmək lazımdır.
Dərinizi müntəzəm olaraq nəmləndirin. Bu zaman dəriniz sağlam və gözəl görünəcək, daha uzun müddətə elastikliyini və cavanlığını saxlayacaq. Gün ərzində minimum iki litr maye qəbul etmək lazımdır ki, daxildən dərinin nəmlənməsini təmin edək.

0 Yorumlar