İnqrediyentlər:
- yarım stəkan qatıq
- 1 xörək qaşığı istənilən yağ (zeytun, ayıpəncəsi olsa daha yaxşı olar)
- 1 çay qaşığı maye bal
- 1 çay qaşığı istənilən balzam, mümkünsə kosmetik maskadan istifadə edin
- sıxlıq üçün 2-3 xörək qaşığı kartof nişastası (unda olar amma nişasta daha yaxşıdır)
Məhlul xama halına gələnə kimi qarışdırın. Su hamamında bütün bunları qızdırırıq, yuyulmuş və dəsmalla azca qurudulmuş saçlara qoyuruq, papaq geyinib, dəsmalla bürüyürük və gözləyirik.
Maskanı ən azı yarım saat saxlamaq lazımdır! Sonra şampunla yuyub maskanı təmizləyirik yalnız kökləri yumağa çalışırıq, uclara çox toxunmayın. Saçları balzamla yuyub quruduruq.

0 Yorumlar