Çuğundur xalq kosmetikasının ən gözəl vasitəsidir

Dərinin cavanlaşması üçün çuğundur maskası

1 stəkan sürtkəcdən keçirilmiş təzə çuğundura 2 çay qaşığı bərk qaymaq əlavə edin və qarışığı üzə sürtün . 10 dəqiqədən sonra maskanı soyuq suyla yuyun.

Qidalandırıcı maska

Kiçik çuğunduru götürüb qaynadın, daha sonra təmizləyin sürtkəcdən keçirdib, 1 çay qaşığı bal və bitki yağı əlavə edərək qarışdırın. Bu qarışığı təmizlənmiş dəriyə sürtün, 20 dəqiqədən sonra maskanı ilıq suyla yuyub nəmləndirici krem vurun.

Solğun dəri

Üz dərisi solğun olan kəslər çuğundur şirəni sıxıb, bərabər nisbətdə (ölçüdə) südlə qarışdırıb, üz dərisini silmələri lazımdır. 20 dəqiqədən sonra üzü isti suyla yuyun.

Quru və solğun dəri üçün maska

Təzə çuğunduru sürtkəcdən keçirdin və xamayla 1:1 qarışdırın . Maskanı üz, boyun və dekolte hissəsinə çəkin. 20 dəqiqə saxlayıb, isti suyla yuyun.

Kəpək və saçların köklərini bərkitmək üçün maska

  • Saçların köklərini bərkitmək və kəpəkdən qurtulmaq üçün həftədə 1-2 dəfə saçlar üçün çuğundur maskasını etməkdə fayda var. 2 çuğundur götürüb sürtkəcdən keçirdin, əgər saçlarınız uzundursa onda 3-4 ədəd çuğundur götürün, saçların uzunluğuna görə kütləni saçlarınıza sürtün. Prosedur bitdikdən sonra polietilen papağı geyinin və başınızı dəsmalla bağlayın. 40-50 dəqiqə sonra saçlarınızı yaxşıca yuyun.

  • Çuğundur bişirdiyiniz suyu atmayın. Bu su saçlarınız üçün ən yaxşı yaxalayıcıdır. Həmçinin saçlarınıza parlaqlıq və dolğun görünüş bəxş edəcək.

Yorum Gönder

0 Yorumlar