Çiyələk souslu keks

Vəsaitlər

  • 4 ədəd yumurta

  • 6 qəhvə fincanı toz şeker

  • 3 qəhvə fincanı duru yağ

  • 4 qəhvə fincanı süd

  • 9 qəhvə fincanı un

  • 1 paket qabartma tozu

  • 1 şorba qaşığı kakao

  • 1 paket vanil


Üzərinə:
2 su stəkanı çiyələk suyu

Hazırlanması:

Bir qabın içində yumurtaları və şəkəri mikserlə 10 dəqiqə çırpın. Çırpma əməliyyatı bitdikdən sonra yağı əlavə edib qarışdırın. Kakao xaricindəki bütün vəsaitləri də əlavə edib təkrar mikserlə çırpın. Keks qəlibini yüngülcə yağlayın və unlayın. Hazırladığınız keks qarışığının yarısını qəlibə tökün. Qalan qarışığa kakaonu əlavə edib qarışdırın.

Kakaolu qarışığı da qəlibdəki qarışığın üzərinə töküb əvvəlcədən isidilmiş 180 dərəcə sobada 45-50 dəqiqə qədər bişirin. Keksin bişib bişmədiyini bir dişqurdalayan köməyiylə nəzarət edin. Sobadan çıxardıb soyuması üçün gözlətdikdən sonra üzərinə çiyələk suyunu gəzdirib servis edin.

Yorum Gönder

0 Yorumlar