Cavan qalmağın 6 qaydası


  1. Həzm sistemi. Bağırsaqlar saat kimi işləməlidir. Çox zaman bu yeməkdən asılıdır: təzə tərəvəzlər və meyvələr, təmiz su, az yağlı xəmir, salat və sıyıqlar, həmçinin çobanyastığıdan çay, səhərlər dərinin gözəlliyinə imkan yaradır. Suyu əsla unutmayın! 1,5-2 litr qaynanmış təmiz təbii su və sizin dərinizi hamar, parıldayan və məxmər edəcək!

  2. Dəyərli yuxu. Doyunca yatmamaq – bu dəri və saç gözəlliyinin ən qəddar düşmənidir! Elə vaxt yatmağa gedin ki, doyunca yatmağa müvəffəq olasınız.

  3. Təmiz hava – bu gözəlliyin dostudur! Əgər siz bütün gün ofisdə oturursunuzsa, evə heç olmasa bir neçə dayanacaq piyada kedin. Nəfəsliklər və pəncərələr daim açılmış olmalıdır, qışda isə mümkünsə daha tez-tez açıq qoyun. İnsana bir saat ərzində təxminən otuz kub metr təmiz hava lazımdır.

  4. Vitaminlər! Vitaminlər nəyin tərkibində olur? Bunu indi hətta uşaqlarda bilirlər. Əlbəttə, siqaretdə, alkoqolda, və pirojnalarda deyil! Quru meyvələrdən hazırlanan kompotdan istifadə edin, səhərlər qaysı qurusunu və kişmişi yulaf lopalarına əlavə edin, itburnu cövhərini daim için, o dadına görə turşməzə olmalıdır, yalnız o zaman kifayət qədər vitaminlər qəbul edə bilərsiniz.

  5. Daxili əhval-ruhiyyə və ürək (ruh) vəziyyəti! Cavanlığın qalmağın sirri, pis emosiyalardan çəkinməkdir. Bu, bütün yuxarıda qeyd olunanlardan daha az əhəmiyyətli deyil! Əgər siz zarafat etməyi və gülməyi unudmadınızsa, xeyirxahsınızsa və heç kəsə paxıllıq etmirsinizsə, sizin sevimli məşğuliyyətiniz varsa, onda sizin qocalığınız gözəl gənc üzə malik olacaq, və plastik əməliyyatlar sizə lazım olmayacaq!

  6. Kiçik, amma əhəmiyyətlidir. Qadının yaşını onun boyunu və əlləri ələ verir. Əllər haqqında biz necəsə tez-tez unuduruq. Temperatur fərqləri, qab-qacaqları yuma, unudulmuş əlcəylər. Yazda və payızda incə əlcəkləri ulu nənələrimiz əbəs yerə daşımırdı - onlar onun cavanlığını uzadaraq əllərin dərisini müdafiə edirdilər. Küçədə temperatur +4 dərəcəyə enən kimi əlcək mövsümü açmağa dəyər.

Yorum Gönder

0 Yorumlar