Qoç - Sizin xarakterinizə və istənilən zirvələri fəth etmə qabiliyyətinizə uyğun, sizə mane olmayacaq saç düzümü lazımdır. Hamar topuzlar sizin hansı işlə məşğul olacağınızdan asılı olmayaraq, sizə həmişə zərif görünməyə kömək edəcək. Bundan əlavə belə saç düzümü eyni zamanda sizə asanlıqla bir məşğuliyyətdən digərinə keçməyə imkan yaradacaq. Rəsmi tədbirlər üçün "fransız balıqqulağı" saç düzümündən istifadə etdiyiniz halda siz özünüzü həmişə "yüksəklikdə" hiss edəcəksiniz!
Buğa - Sizin güclü xarakteriniz var və siz öz mövqeyinizi müdafiə etməkdən çəkinmirsiniz. Gücünüz və inadınız üzünüzün sərt ovalında və düz baxışınızda oxunur. Üzünüzü saçlarınızla gizlətməyin! Effektli qısa saç kəsimini edin. Belə saç düzümü öz praktikliyi və ifadəliyi ilə sizə mükəmməl yaraşacaq! Gecə variantı kimi saç düzümü yaradarkən effektli aksessuarlardan və ya hal hazırda çox dəbdə olan 30-cu illərin stilində hamar saç yığımından istifadə edə bilərsiniz.
Əkizlər - Sizin həyat tərziniz müxtəlifliklərdən ibarətdir. Bunun üçün siz xüsusi saç toniklərindən istifadə etməklə obrazınıza uyğun müxtəlif rəngarəng saç düzümləri yarada bilərsiniz. Klassik variantda olan qat-qat və ya pilləli saç kəsimi sizə orijinal saç düzümlərini yaratmağa imkan verəcək.
Xərçəng - Xərçənglər bir birinə zidd olan şəxsiyyətlər xarakterinə malikdirlər: onlar gah soyuqqanlı, gah da ki ehtiraslıdırlar. Sizin hərəkətlərinizi əvvəlcədən təyin etmək çətindir. Buna görə də, sizin qeyri-adi təbiətinizi nəzərə alaraq, sizə daha çox "ombre" texnikasında saç boyamasını məsləhət görürük. Bu günümüzdə "ombre" texnikası ilə olan saç boyaması çox zərif və ən gözəçarpan trenddir. Özünüzü məyus hiss etdiyiniz halda saçlarınızın tünd köklərini vurğulayın və əksinə daha yüksək əhval-ruhiyyədə olduğunuz halda saçlarınızı daha açıq rənglərə boyayın.
Şir - Sizin lider keyfiyyətləriniz və iradəli təbiətiniz daimi fəallıqda, hərəkətlərdə, nailiyyətlərdə üzə çıxdığı üçün, sizə mürəkkəb saç variantları uyğun gəlməz, çünki onlar fikirinizi yayındıracaqlar. Səliqəli yığılmış at quyruğu saç düzümünün köməyi ilə öz cazibəli təbəssümünüzü vurğulaya bilərsiniz. Yüksək saç düzümləri isə sizin əzəmətinizi və özünüzə əminliyi vurğulayacaq.
Qız - Füsunkar Qız bürcünün nümayəndələrinə zərif saç düzümləri, yumşaq dalğalar və saliqəsiz formada yığılmış dağınıq topuzlar daha çox uyğun gəlir. Onlar sizin digər insanlara olan diqqətinizdən və lazımlı anda yardıma gəlməyinizdən danışacaq. Müxtəliflik və gecə üçün daha çox sərt və ya xırda tellərdən yığılmış saç düzümləri uyğun gəlir.
Tərəzi - Tərəzilər daim harmoniyanın, sabitliyin və balansın axtarışındadır. "Plyaj dalğaları" stilində olan saç düzümləri sizin sakit və sadə həyata cəhdinizi əks etdirəcək. Belə saç yığımı vaxt və bacarıq tələb edir, amma nəticədə siz xarakterinizi və düşüncə tərzinizi vurğulayacaq bir obraz yaradacaqsınız.
Əqrəb - Əqrəblər özlərini çox vaxt müəmmalı aparırlar və distansiya saxlayırlar. Amma əgər onlar özlərini əhatə edənlərə nümayiş etdirməyə qərar verirlərsə, bu zaman əminlik saçırlar və vəziyyətə tamamilə nəzarət edirlər. Hörüklərdən ibarət müxtəlif saç düzümləri ilə təcrübə edin, onlar sizin intellektinizi vurğulayacaq və yaradıcılıq qabiliyyətinizə işarə edəcəklər.
Oxatan - Oxatanlar optimist və azadlığı sevəndirlər. Qısa saç kəsimləri bu bürcə xas olan cazibədar xüsusiyyətləri vurğulayacaq. Qısa saçların əlavə üstünlüyü onların asan və tez yığılmalarıdır. Sizə həm də zərif və praktik görünən "uzadılmış Bob" saç düzümü əla yaraşacaq.
Oğlaq - Hər kəsin saç uzatmağa səbri çatmadığı halda, siz öz inadınızla çox gözəl, uzun, sağlam saçlara nail ola bilirsiniz. Özünüzə bəzən rahatlanmağı və saçlarınızı açıq qoymağa icazə verin – bu həm əks cinsin nümayəndələrini cəlb edəcək, həm də saçlarınızı sağaldacaq. Gecə tədbirləri üçün saçlarınızı açıq və hamar qoyun, amma uclarını birazca burun ki, bu da sizin obrazınıza bəzən sizdə çatışmayan yüngüllük və təravət gətirəcək.
Dolça - Dolça bürcündən olan qadınlar tənqiddən qorxmurlar və özlərinə həmişə inamlıdırlar. Tez-tez məhz bu bürcün nümayəndələri ən erkən dəbli tədqiqatçıların missiyasını öz üzərinə götürürlər: əvvəlcə onların stili ətrafdakıların təxəyyülünü təəccübləndirir, amma sonradan isə hər kəs o stilə müraciət etməyə başlayır. Saç rəngi və ya pilləli saç kəsiminin köməyi ilə öz yaradıcılıq təbiətinizi vurğulaya bilərsiniz.
Balıqlar - Balıqlar çox vaxt yalan danışa bilmirlər, amma asanlıqla aldanılırlar. İstedadlı, intellektual və həssas olduqları halda, onlar ətrafdakılarların həqiqi xarakterini ayırd etməyi bacarırlar. Düz saçların köməyi ilə bu sadəlövlüyü ört-basdır edə bilərsiniz. Müxtəliflik üçün siz onu yan tərəfə də daraya və ya gözəl sancaqla yığa bilərsiniz. Mütəxəssislərin məsləhətlərindən istifadə edərək siz daha gənc görünməkdən başqa, həm də üzünüzün xüsusiyyəətlərinə uyğun saç düzümləri edə bilərsiniz.
0 Yorumlar