Avitaminozun profilaktikası

Biz avitaminozun profilaktikasının 4 effektiv üsulunu sizə təklif edirik.

  1. Yerkökü-alma freşi. Hər səhər gününüzü 1 stəkan təzə sıxılmış yerkökü-alma şirəsi ilə başlayın. Bu içki yalnız sizi bütün günə enerjiylə doldurmayacaq, həm də orqanizmi sağlamlıq üçün lazım olan maddələrlə və mikroelementlərlə təmin edəcək.

  2. Çuğundur şirəsi. Təzə sıxılmış çuğundur şirəsi – immunitetin bərkidilməsi və ümumi əhvalın yaxşılaşması üçün ən güclü xalq vasitələrindən biridir. Çuğundur ürək-damar sistemi üçün faydalıdır, dırnaqları və saçları bərkidir və həzmin prosesini nizama salır. Çuğundur şirəsini acqarına gündə 1 dəfə 50 qr için.

  3. Limon və qaysı qurusu. Xırda dilimlənmiş limondan (qabıqla birlikdə) qarışığ hazırlayın, 100 q xırdalanmış qaysı qurusu və 2 x.q bal. Hər səhər yeməkdən əvvəl 1 çay qaşığı qəbul edin.

  4. Üzümdən mürəbbə. Əgər siz hələ payızdan üzümdən mürəbbə ehtiyatı gördünüzsə – hesab edin ki, bəxtiniz gətirdi. Üzüm çəirdəkləri, təkcə ən güclü antioksidləşdirici deyil, həm də avitaminozun birinci əlamətləriylə mübarizə aparmağa müvəffəqiyyətlidir .

Yorum Gönder

0 Yorumlar