2014-cü ilin dəbli kapron corabları

Bir çox qadınlar ehtiyat edərək qara və ya bədən rəngdə olan kapron corablara üstünlük verir. Lakin qarderobun bu predmetlərini düzgün seçdiyiniz zaman onlar sizin ayaqlarınızın gözəlliyini vurğulayacaq və əgər çatışmazlıqlar varsa onları gizlədəcəklər. Biz sizə bu mövsümdə dəbdə olan qeyri-adi kapron corabları təqdim edirik.

Çiçək naxışlı corablar

corablar

2014-cü ildə yaz-yaz mövsümün əsas qarderobunun dəbli tendensiyası kapron corablara da keçir. Vitrinlərdəki nümunələr sizə müxtəlif rəng və naxışlı corablar təqdim edir. Çiçək naxışı artıq bir neçə mövsümdür ki dəbdədir, yalnız naxışlarda olan güllərin növləri dəyişir. Mənzərəli naxış uzun ayaqlarda yaxşı görünsə də, qısa boylu xanımlarda o çəkini vizual olaraq artırır.

Heyvan naxışlı corablarHeyvan naxışlı corablar

Mövsümün daha bir hiti – animalistik printlərdir. Parlaq naxışlar qamətli, cəsarətli və özünə arxayın qızlara daha çox uyğun gələcək. Belə naxışlı corablar daha çox arıq xanımlarda gözəl görünəcək. Kapron corablarda heyvanların təsvirləri də yer alır. Belə naxışlı corabları dostlarla gündüz gəzintisinə geyinmək olar. Onları yalnız yaxşı əhval-ruhiyyədə olduqda geyinmək lazımdır, çünki qaşqabaqlı üz ifadəsi ilə belə şəkillər ətrafdıkılara da qəribə görünəcək.

Noxud naxışlı corablarnoxudlu-corab

Modapərəstlər noxud naxışına mütləq diqqət edəcəklər. Onun rəngi və ölçüsü sizin xarakterinizdən asılıdır. Ətrafındakıların çoxsaylı baxışlarından utanan xanımlara daha çox xırda noxudlu bir rəngdə olan corablar uyğun gələcək. Böyük və müxtəlif rəngli noxud naxışlar isə daha çox cəsarətli, şən təbiətə malik xanımlar üçün nəzərdə tutulub.

Krujevalı corablarkurjuva

Daha bir dəbli tendensiya müxtəlif krujevalı corablardır. Düzgün seçilmiş krujevalı corablar sizə nağıllardaki obrazları yaratmağa kömək edəcək. Stilistlər romantik obraz üçün açıq rəngli kapron corabları açıq rəngdə geyim ilə uyğunlaşdırmağı məsləhət görürlər. Məsələn: ağ corabla ağ rəngdə ətək və ya don geyinmək olar. Tünd rəngləri isə sirli görünmək istədiyiniz halda seçə bilərsiniz. Ədəbsizlikdən qaçmaq üçün, krujevalı corabları orta uzunluqda olan ətəklər və ya donlarla geyinmək məsləhətdir.

Rəngli corablarRəngli corablar

İlin isti fəslində soyuq pastel çalarlarda olan geyim ilə eyni tonda kapron corabları uyğunlaşdıra bilərsiniz. Müxtəlif obrazların yaradılması üçün ən universal rənglər – dolğun yaşıl və göy rənglərdir. Mövsümün xiti isə qırmızı rəngdir.

Tatu təqlidi ilə kapron corablartatulu-corab

Fiqurun çatışmazlıqlarını gizlətmək üçün, bəzən qadınlar müxtəlif hiylələr fikirləşir. Bu dəfə dizaynerlər tatuajları gizlətməməyi və onların şəkilini bədəndə təqlid edən corablardan istifadə etməyi məsləhət görürlər.

Əziz xanımlar! Corablar həm onların zərif toxunmasını hiss edəcək qadınlarda, həm də ki, onlara kənardan tamaşa edəcək kişilərdə heyranlıq hissini doğurmalıdırlar.

[justified_image_grid limit=0 facebook_id=122845817774316 facebook_album=684131694979050]

Yorum Gönder

0 Yorumlar