Bu il məşhur brendlərin əksəriyyəti öz kolleksiyalarında dairəvi formada olan eynəklərə üstünlük veriblər. Kiçik, orta və iri yumru eynəklər Holi Fulton, Jil Sander, Metyu Villiamson kimi dizaynerlərin kolleksiyalarında geniş istifadə olunmuşdur.
Mövsümün daha bir tendensiyası qeyri adi formada olan eynəklərdir. Bu il qeyri-adi formalar yalnız eynək dəbində deyil, həmçinin başqa aksessuarlarda və hətta geyimlərdə öz yerini tapacaq. Futurizm stilində olan qeyri-proporsional çərçivəli modellər — həqiqətən özünə ətrafdakıların diqqətini cəlb edir, maraqlı və orijinal görünür.
Məlum olduğu kimi, metal bu ilin trendidir. Məhz buna görə də metal çərçivədə olan eynəkləri dəbli nümayişlərdə tez-tez görmək olar. Bu tip eynəklər mövsümün lideri olacaq. Marni, Prabal Qurunq və Alberta Ferretti belə eynəklərin nümunələrini bizə təqdim edir.
Mövsümün növbəti trendi — küncləri uzadılmış çərçivədə olan retro-formalı qadın eynəkləridir. Pişik gözlüklərini xatırladan bu modellər artıq keçən ildən bizə tanışdır. Lakin bu ilin yaz və yay aylarında onların məşhurluğu pik nöqtəsinə çatacaq.
Müxtəlif çalarlı, güzgülü şuşədən olan eynək modelləri sizi tanış etmək istədiyimiz daha bir parlaq tendensiyadır. İstəyirsiniz ki, ətrafdakı insanlar sizin kimə, nəyə və hara baxdığınızı bilməsinlər? Bu zaman belə modeldə olan eynəklər sizin üçün mükəmməl bir variantdır.
Gün eynəkləri qadının parlaq stilini və individuallığını vurğulayır.

0 Yorumlar