“Yaş Peçenya” həm tez həm asan

Xəmiri üçün;


  • 200 qr marqarin ya da kərəyağı

  • 2,5 fincan dolu toz şəkər

  • 2 yumurta

  • 3 su stəkanı un

  • 4 yemək qaşığı kakao

  • 1 paket qabartma tozu

  • Yarım çay stəkanından bir az çox fındıq içi

  • Yarım portağal rəndəsi(istəyə bağlı)


Şərbəti üçün;


  • Bir yarım su stəkanı süd

  • Bir yarım su stəkanı toz şəkər


Bəzəmək üçün;

İstəyə bağlı xaş-xaş ya da fındıqYaş peçenya


Şərbət üçün südü bir az isti edib , ocaqdan götürüb şəkəri əlavə edib əridirik. Qaynatmırıq. Soyumağa qoyuruq.
Yağ və şəkər yaxşıca qarışdırılıb digər vəsaitlər əlavə olunaraq xəmir yaxşıca yoğurular. Qoz böyüklüyündə parçalar alınıb yumrulanır. Zövqə uyğun xaş xaşa ya da fındığa batırılar. Nimçəyə düzülür. 175 dərəcədə bişirilər.
İsti ikən hazırlanmış şərbətə altı və üstü batırılır. Qalan şərbət hər peçenyenin üzərinə qaşıqla tökmək lazımdır. Nuş olsun!

Yorum Gönder

0 Yorumlar