Uşaq qorxuları və onların korreksiyası

Uşaq qorxuları və onların korreksiyası - yalnız psixoloqların deyil, həmdə valideyinlərin marağında olan bir problemdir. Bu problemi çözmək üçün nədən başlamaq lazımdır? Və nəyə xüsusi diqqət yetirmək lazımdır?

İlk addım: Anlama


Uşaq qorxuları və onların korreksiyası — bu hər iki valideyinin (ata və ananın) bilməsi gərəkən bir məqamdır. Bütün valideynlər istəyirlər ki, onların uşağı özünü təhlükəsizlikdə hiss etsin. Bunun üçün onlar istənilən vəziyyətdə onun qayğısına qalırlar. Uşaq qorxularıyla və onların korreksiyasıyla bağlı bir sıra sadə rasional və ya irrasional xarakterli məsləhətlər var. Onların hamısı qorxunun səbəblərini təyin etməkdən ibarətdir.

Birincisi, uşağınızın qorxusunun təbiətini anlamağa çalışmaq üçün onu müşahidə edin. Onun yeni vəziyyətlərdən, yeni insanlarla görüşlərdən, tanımadığı yerlərə səfərdən qorxub-qorxmadığına diqqət yetirin.

Ola bilər ki, qorxunun mənbəyi hansısa bir spesifik obyektdir - qəribə heyvan, rəfdəki kitablar və ya hətta vanna otağından gələn suyun səsi.

Uşaq qorxusunun təbiətinin və onların korreksiyasının haqqında düşünərək, unutmayın ki, uşaqlar hələ böyüklər kimi düşünə bilmirlər, uşağın demək olar ki, bütün qorxuları böyüklərin məntiqinə uyğun səbəblərə malik deyil.

Müzakirə etməyə qorxmayın!


Uşaq qorxularının korreksiyasıyla bağlı ikinci addım - uşaqla onun qorxuları haqda təfərrüatı ilə və sakitcə danışın. Bu və ya digər vəziyyətə və ya obyektə onun reaksiyası haqqında soruşun. Onun niyə həyəcanlandığını və narahat olduğunu soruşun.
Əgər o hələlik kifayət qədər söz ehtiyatına malik deyilsə bu zaman sualları "hə" və "yox" cavablarını ala bilmək üçün qurun.
Çox vaxt sizin uşağınız niyə qorxduğunu anlaya bilmir, o sadəcə bilir ki, o qorxunu hiss edir.

Uşaq qorxularını aradan qaldırmağa çalışarkən, unutmayın ki, qorxular haqqında açıq danışıq belə necə olursa olsun qorxunun gücünün bir az da olsa azaldir.

Onun qorxusunun səbəblərini müzakirə edin: əgər o tanımadığı yerə getməkdən qorxursa, bu zaman izah edin ki, siz onun yanında olacaqsınız, və o sizə güvənə biləcək.

Uşağa deyin ki, siz onun qorxularını anladınız və qiymətləndirdiniz, və siz ona özünü təhlükəsizlikdə və daha yaxşı hiss etməyə kömək etmək istəyirsiniz.

Uşaq qorxularına korreksiya edərkən, uşağın hisslərini qiymətləndirin, və bunun sizin üçün əhəmiyyətli olmasını göstərin.
Bir çözüm tapmaq üçün siz onunla birlikdə çalışmağa hazır olduğunuzu göstərin, hətta əgər onun qorxusunun məntiqsiz olduğunu anlayırsınızsa.

Yorum Gönder

0 Yorumlar