Şokolad maskası eyni zamanda dərinizdəki ölü hüceyrələri yox edəcək və üzdəki qırışıqlıqları aradan qaldıracaq. Bu da üzünüzə təbii bir parıltı qatacaq. Unutmayın, evdə hazırladığınız üz maskalarının vəsaitləri nə qədər təzə və təbii olsa, nəticələr bir o qədər təsirli olacaq.
Vəsaitlər
- 1/3 su stəkan kakao
- 3 çay qaşığı qatı krem
- 2 çay qaşığı süzmə pendir
- ¼ su stəkanı bal
- 3 çay qaşığı yulaf əzməsi
Hazırlanması
Bütün vəsaitləri blenderdə qarışdırın. Qarışığı üzünüzə tətbiq etməzdən əvvəl 3-5 dəqiqə gözləyin. Maskanı üzünüzə və boyunuza incə bir təbəqə halında bərabər bir şəkildə sürtün. 10-20 dəqiqə gözlədikdən sonra ilıq suyla nəmləndirilmiş bir bezlə üzünüzü silin.
Digər bir maska:
- 0,5 stəkan kakao
- 1 x.q. süd kremi
- 1 ç.q. bal
İstəsəniz içinə yulaf əzməsi, 1-2 damcı zeytun, badam yağı əlavə edə bilərsiniz.
Hazırlanması
Bütün vəsaitləri yaxşıca qarışdırıb üzünüzə, boyun, dekolte hissəsinə yaxşıca sürtün. İstəsəniz bütün bədəninizə sürtə bilərsiniz. 15 dəqiqə gözlədin sonra isə iliq su ilə yuyun. Dəriniz inanılmaz yumşaqlıq qazanacaq.

0 Yorumlar