200ml həcmində boş banka və adi krem götürürsünüz, uşağı kremi daha yaxşıdır, çünki onda zərərli əlavələr çox az miqdardadı. Kremi bankaya boşaldırıq, ağzına qədər doldurmayın təxminən 1 barmaq yer qoyun ki, rahat qarışdıra biləsiniz.
Sonra mumiyanın 2 həbini əlavə edin krem tünd rəng və xoş olmayan qoxu alacaq, amma bu uzun müddət sürməyəcək. Ardınca portağalın yağının 10 damcısı, ardıc yağının və darçının yağının 2-5 damcısını (darçın çox güclü qoxu verir, buna görə 1 damcı əlavə etsənizdə olar, ardından qarışdırın ). Budur bizim kremimiz hazırdır!!!
- Mumiya dartılmalar üçün çox gözəl vasitədir, dərini çəkir, onun elastikliyini yüksəldir.
- Portağalın Efir yağı effektli antiselülitə malikdir, dərini hamarlaşdırır, elastikliyi yüksəldir (artırır).
- Darçın selülit vaxtı çox effektivdir, dərini dartır.
- Ardıc yağı dəri boşluğunu aradan qaldırır, onun elastikliyini yüksəldir (artırır), dartılmaları və selüliti aradan qaldırır (uzaqlaşdırır).

0 Yorumlar