Sellülitdən qurtulmaq üçün xalq vasitələri

Sellülitdən xalq vasitələriylə qurtulmaq olarmı? Əgər siz onu erkən mərhələlərdə aşkar etdinizsə, bu zaman qurtulma ehtimalı var, amma ilk əvvəl sellülitin bütün səbəblərini aradan qaldırmağa çalışın.

Düzgün qidalanmağa başlayın, öz rasionunuza tərəvəz, meyvə və şirələr daxil edin. Artıq stressdən çəkinməyə çalışın, öz emosiyalarınıza hakim olmağı və sakitləşməyi öyrənin. Orqanizm üçün fiziki yüklənməni artırın.

Bizim zamanda sellyülitə qarşı bir çox üsul mövcuddur, bu müxtəlif krem, dərmanlar, masaj və s. Amma belə metodlar tez-tez az pul xərci tələb etmir. Əgər siz sellyülitdən daha sadə və ucuz üsulla qurtulmaq istəyirsinizsə, onda yardımınıza xalq vasitələri gələcək, hansılar ki, tətbiqdə çox sadədir və böyük xərc tələb etmir.
Şəkildə bədənin sahələrinin sellülitə meyilli hissələri təqdim edilmişdir.sellulit

Sellyülitdən qurtulmaq üçün xalq vasitələri
Yulaf yarmasından (tənək quşundan) skrab
Məlumdur ki, yulaf yarmasının tərkibinə orqanik turşular, vitaminlər və qiymətli mikroelementlər daxildir, hansılar ki, dəriyə təzə və elastiklik verir.

Skrabın hazırlanması üçün sizə lazımdır:

  • 1 xörək qaşığı qarğıdalı lopaları

  • 1 xörək qaşığı yulaf yarması

  • 2 xörək qaşığı şəkər

  • 3 xörək qaşığı günəbaxan və ya zeytun yağı.


2dəqiqə ərzində qarışığı lazım olan nahiyələrə sürtün, bundan sonra suyla yuyun.

Həmçinin bir miqdar yulaf yarmasını kofe üyüdəndən üyüdüb südlə və ya suyla qarışdırıb , alınmış qarışıqla 2 dəqiqə boyunca dərini masaj etmək olar.

Qəhvədən skrab

Qəhvədən yaxşı skrab hazırlamağ olar, çünki o orqanizmdən mayeni yaxşı çıxarır və piyli məsamələrlə mübarizə aparmağa kömək edir. Skrab aşağıdakı qaydada hazırlanır: 3 xörək qaşığı üyüdülmüş qəhvəni qaynar suya tökmək, 20 qram buğda rüşeymi əlavə etmək, bir neçə damcı efir yağı və 1 xörək qaşığı bal əlavə edib yaxşıca qarışdırmaq lazımdır. Alınmış sıyığı dərinin zərər vurulmuş sahəsinə (ərazisinə) masaj hərəkətləri ilə sürtək lazımdır və 10 dəqiqə saxlayıb bundan sonra ilıq suyla yumaq olar.

Alma sirkəsi

Sellülitdən qurtulmaq üçün alma sirkəsi köməyinizə çata bilər. Suyla 1/1 alma sirkəsini həll edin. Effektin gücləndirilməsi üçün bir neçə damcı sitrus efir yağını əlavə etmək olar. Əvvəlcə bədəni qızdırın (masaj vasitəsi ilə), sonra problemli sahələrə (ərazilərə) qarışığı sürtün və nazik klyonka ilə bükün. 30-40 dəqiqə saxlayın, ilıq suyla yuyun və bədən üçün krem sürtün.selulit

Sellyulita aid bir çox xalq vasitələri mövcuddur. Burada biz yalnız bəzilərini ayırd etdik. Siz özünüz üçün ən uyğununu seçə bilərsiniz və ən vacib, fiziki hərəkətləri, təmiz havada gəzintiləri və düzgün qidalanmanı unutmayın.

Yorum Gönder

0 Yorumlar