Ərik yağının üz dərisinə olan xeyiri ...

Ərik yağı, hər bir başqa təbii məhsul kimi, unikal keyfiyyətlərə malikdir. Hansılar ki, istənilən dəri tipi üçün əvəzolunmaz effektiv qulluq vasitəsidir. Bu ətirli yağdan saç, kirpik və dırnaqların qulluqda kosmetik sahədə geniş istifadə olunur çünki, onların uzanma prosesini stimullaşdıraraq, onları bərkidir.

  • yağ dərini intensiv qidalandırır, yumşaldır, nəmləndirir, quruluq və qabıq soyulmasının qarşısını alır;

  • yağ elastinin və kollagenin hazırlanmasını (təkmilləşdirməsini) stimullaşdırır, dərinin elastikliyini artırır.

  • dərin qırışları hamarlaşdırmağa və xırdaları təmizləməyə kömək edir;

  • dəriyə tonus verir;

  • üzün rəngini yaxşılaşdırır;

  • yağ antibakterial və antiseptik təsirə malikdir, buna görə həssas və problemli dərisi olan şəxslərə məsləhət görülür.


Ərik çəirdəyinin yağı, istənilən başqa məhsul kimi, allergiya verə bilər buna görə istifadəsindən əvvəl məhsulu mütləq testdən keçirin.

Əgər siz dərini yumşaltmaq və qidalandırmaq istəyirsinizsə, onda az miqdarda yağ damcısını barmaqların uclarıyla üzə vurmaq və dəriyə hopana kimi barmaq uclarıyla masaj etmək lazımdır.

Ərik çəirdəyinin yağı üzün təmizlənməsi üçün əla yarayır. Bunun üçün pambıq diski isti suda isladın və sıxın. Sonra pambığa ərik yağının bir neçə damcısı damcılayın və masaj xətlərinin uzununa üzü ehtiyatla silin.Ərik yağı

Göz ətrafında olan qırışların hamarlaması və həmçinin onların profilaktikası üçün, hər gün göz qapaqlarının sahəsinə bir xörək qaşığı ərik yağına iki damcı qızılgülün yağını əlavə edərək dəriyə sürtmək lazımdır. İyirmi dəqiqədən sonra tərkibin qalıqlarını yumşaq salfetlə silin. Effektiv təsirə malikdir.

Qırışların yaranmasının profilaktikası kimi növbəti maskanı etməyə və ya applikasiya şəklində tərkibi qoymaq tövsiyə edilir: çəyirdəkli yağın üzərinə xörək qaşığı badam yağı əlavə edin. Yarım saat üzdə saxlayın, bundan sonra tərkibin qalıqlarını dərini masaj edərək silin. Proseduru üç gündən bir təkrarlamaq olar.

Yorum Gönder

0 Yorumlar