İnqrediyentlər:
- bal (arzu olunan, maye) 1 çay qaşığı
- nişasta 1 çay qaşığı
- duz 1 çay qaşığı
Bal və nişasta ağımtıl rəngə düşənə kimi qarışdırmaq lazımdır. Xırdalanmış dəniz duzunu (o adi yodlaşmış duzla əvəz etmək olar) əlavə edib, qarışdırırıq.
Əgər dəri həddən artıq həssas və ya çox qurudursa, onda maskaya 1 çay qaşığı südü əlavə edirik.
Maska hazırdır, indi maskanı üzə bir neçə qata çəkə bilərsiniz , o vaxta kimi ki bütün hazırlanmış qarışıq üzə çəkilsin.
Maskanı 25 dəqiqə üzdə saxlamaq lazımdır, sonra yumaq.
Diqqət!
Əgər xoşagəlməz hislər hiss etsəniz, yandırma, güclü çimdikləmə və s., onda dərhal maskanı suyla yumaq məsləhətdir.
Ən yaxşı nəticə üçün Çin maskasını bir gündən bir təkrarlamaq tövsiyə edilir, 20 gün boyunca. Bu vaxt ərzində 10 maska etmiş olacaqsınız.
Bu maska üzün dərisini dartmağa (çəkməyə), onun sağlam etməyə kömək edəcək. Parıldayan, hamar və gözəl dəriyə sahib olmaq istəyirsinizsə mütləq istifadə edin. Nəticələri paylaşmağı unutmayın...

0 Yorumlar