Mikrodalğalı sobanın ixtiraçısı amerikalı mühəndis Spenserdir. Mikrodalğaların xüsusiyyətlərinin tədqiqatı zamanı o aşkar etdi ki, dalğalanmanın müəyyən bir tezliyi zamanı istilik yaranır. 1945-ci ildə o öz ixtirasından qida hazırlanmasında istifadə üçün patent aldı. ABŞ-da bu patent üzrə 1949-cu ildə birinci mikrodalğalı sobalar istehsal olunmağa başlandı. Lakin mikrodalğalar əvvəllər də qidanın hazırlaması üçün istifadə olunurdular. Hələ Böyük Vətən Müharibəsi dövründə almanlar qidanın hazırlanması üçün mikrodalğalı plitədən istifadə etmişdilər. Müharibədən sonra SSRİ bu sobaların bir neçə modelini əldə etmişdi və tədqiqatların nəticəsində bu sobalar müvəqqəti olaraq qadağan olunmuşdu.
Mikrodalğalı soba sağlamlıq üçün zərərlidirmi?
Mikrodalğalı soba – bu mikro dalğaların şüalanması vasitəsi ilə qidanın termo emalını həyata keçirən cihazdır. Mikro dalğalar – bu təxminən 2450 MHs tezliyində olan radio dalğalardır. Qidada bu dalğaların təsiri altında suyun molekulları hərəkətə gəlir və bu qidanın qızdırılmasına səbəb olur. Bildiyimiz kimi, bütün məhsulların tərkibində su olur, beləliklə, mikrodalğalı sobaları istənilən məhsulun qızdırılması üçün istifadə etmək olar. Bir halda ki, mikrodalğalı soba məhsulun tərkibini dəyişdirmir, onun vasitəsi ilə qızdırılmış yeməklər qətiyyən zərərli deyil.
Amma yenə də mikrodalğalı şüanın özü insana ziyan vura bilər. Ancaq ehtiyat edib və texnikanın bu möcüzəsini atmağa tələsməyin. Mikrodalğalı sobanın korpusu və onun şüşəli qapısı mikro dalğalı şüalardan etibarlı qoruyur. Həmçinin bütün mikrodalğalı sobalar ya bloka düşən qurğularla təchiz edilmişdir, hansı ki, onları iş zamanı açmağa icazə verməyəcək, ya da ki qapısı açılarkən avadanlıq özü avtomatik olaraq sönür. Buna görə də, mikrodalğalı soba yalnız şüşə və ya korpusu zədələndiyi halda təhlükəli ola bilər.
Alimlər mikrodalğalı sobaların ziyanı haqqında hələ də ümumi fikrə gəlməyiblər. Amma sübut edilmişdir ki, mikrodalğalı soba qidada olan vitaminləri yaxşı saxlayır. ABŞ-da hesab edirlər ki, qidanın hazırlanması üçün mikrodalğalı sobadan istifadə mədə xərçənginin yaranma riskini aşağı salır. Digər tərəfdən mikrodalğalı sobalardan istifadənin ziyanını da təsdiq edən məlumatlar var.
Bir halda ki, mikro dalğaların tədqiqatları hələ də davam edir, alimlər mikrodalğalı sobaların ən yeni modellərindən istifadə etməyi məsləhət görürlər.

0 Yorumlar