Krujevalı libaslar artıq bir neçə mövsümdür ki aktual olaraq qalır. Dizaynerlər zərif fakturalardan imtina etməyə hələki tələsmirlər və tez-tez öz kolleksiyalarının yaradılması üçün bu materialdan istifadə edirlər. 2014 ilin yaz-yay nümayişləri də istisna deyil. Müxtəlif uzunluqda, həcmdə və rəngdə olan krujevalı donlar podiumları məftun edir. Dizaynerlər həmçinin krujevalı fakturaları başqa materiallarla (ipək, şifon, atlas, tül və hətta dəri) uyğunlaşdırıb, yeni libaslar təqdim edirlər.
Qısa krujevalı donlar
Belə modellər qamətli və uzun ayaqların sahibələrinin sevimlisidir.
Uzun krujevalı donlar
Uzun krujevalı don sizi gecənin əsl şahzadəsi edəcək. Belə geyimdə sizi yenilik və incəlik müşayiət edəcək. Gecə üçün uzun tünd rəngdə olan krujevalı don daha yaxşıdır. Qara, tünd yaşıl, tünd qırmızı və ya tünd göy rənglər sizi nəfis və zərif göstərəcək.
Krujevalı gəlinliklər
2014-cü ilin dəbi, gəlinlərə çiyinlərini krujevalı materialla örtməyi məsləhət görür. Bu il korseti və ya qolları krujeva ilə işlənilmiş gəlinliklər çox dəbdədir.
Pastel tonlarda olan krujevalı donlar
Bir çox dizaynerlər pastel tonlarında olan krujevalı geyim dəstələrini təklif edirlər. Ağ, karamel və krem rəngli krujevalı donları yaz-yay mövsümündə xüsusən dəbdə olacaq
Parlaq krujevalı donlar
2014-cü ilin kolleksiyalarında göy, sarı, yaşıl, narıncı, zümrüd, qırmızı rənglərdə olan donlara rast gəlinsə də, parlaq çalarlarda olan krujevalı donlar o qədər də məşhur deyil.
Kontrast astarlı krujevalı donlar
2014-cü ilin daha bir dəbdə olan tendensiyası kontrast astarla tikilmiş krujevalı donlardır. Belə geyim variantı gənclərin əyləncə gecəsi üçün çox aktual olacaq.
Əziz modapərəstlər, bu yazda krujevalı libaslar geyinin ki, sizə individuallığınızı göstərməyə imkan yaransın.

0 Yorumlar