Gözəl və sıx saçlar üçün maraqlı maska

Aptekdən ampulalarda satılan "Essensiale" almaq lazımdır (hansı ki, adətən qaraciyər kletkalarının bərpası üçün istifadə edilir). Onun tərkibində vitaminlərin tarazlaşdırılmış tərkibi, hüceyrə membranlarını dəstəkləyən fosfolipid üsünlük təşkil edir.


Bu tam zəifləmiş saç köklərinə lazım olan qarışığıdır .Essensiale


Resept



  • 1 yumurta sarısı

  • 1-2 çay qaşığı xama

  • 0,5 "Essensiale" ampulası (qısa saçlar üçün ampulanın 1/3-ü kifayət edər).


İstifadə qaydası:



  • Saçlarınızı adət edilmiş üsulla yuyun, saçları yaxşı sıxıb, dərhal hazırlanmış qarışığı qoymağınız lazımdır.

  • Təmiz saçların köklərinə masaj edərək məhlulu sürtün, sellofanla və dəsmalla saçınızı yaxşıca bağlayın.

  • 1 saat saxlamaq kifayət edər.


Maskadan sonra saçlarınızı sadəcə suyla yuyun və təbii üsulla (fensiz) qurudun. 3-5 dəfə ( bir həftə sonra) təkrarlamaq olar. Effekti artıq iki həftədən sonra hiss edəcəksiniz.


Təklif edilmiş metod bütün saç tiplərində sınaqdan keçirilmişdir (və saçların quru, və piyli, və normal tipiylə). İstəyinizdən asılı olaraq proseduru ayda bir dəfə, nəticələrərdən asılı olaraq təkrarlaya bilərsiniz.

Yorum Gönder

0 Yorumlar