Göz altı torbaları kabusunuz olmasın
Göz altındakı torbalar çox vaxt genetik faktorlardan qaynaqlanar, amma bir çox göz ətrafı problemində olduğu kimi yuxusuzluq da əhəmiyyətli bir faktordur. İndiki vaxtda göz altı toxumasını möhkəmləşdirmək üçün müxtəlif estetik əməliyyatlar mövcuddur. Estetik əməliyyat etdirmək istəməyənlər üçün evdə gündəlik tətbiq edə biləcəyiniz bəzi baxım müalicələri maraqlı gələ bilər. Məsələn kartof və xiyarın dəri möhkəmləşdirici xüsusiyyəti göz altlarında da istifadə edilə bilər, ya da dəmlənmiş soyudulmuş çay paketləri də göz altında gözlədilə bilər.
Yaşlanmanın təsirlərini gecikdirin
Göz ətrafı kremləri istifadə etməyə başlamağın yaşı yoxdur. Əgər göz altındakı deformasyanı görməyə başladınızsa, 30 yaşından əvvəl də yaşınıza uyğun bir göz ətrafı kremi istifadə edə bilərsiniz. Müasir həyatın gətirdiyi stressdən uzaq qalmaq və sürətlə axan zamana etiraz etmək çox da mümkün deyil. Hər baxım tövsiyəsində olduğu kimi göz ətrafı üçündə erkən tədbir almaq olduqca əhəmiyyətlidir. Tətbiq edəcəyiniz hər sağlam həyat tövsiyəsi və baxım təklifi üçün zamandan düzgün istifadə etməli və yaşlanmağın təsirlərini gecikdirməlisiniz.
Göz ətrafı kremlərinizi doğru istifadə edin
Çox vaxt edilən səhvlərdən biri də üzünüzə tətbiq etdiyiniz kremi göz altına sürtməkdir. Üzünüzdəki həssaslığın göz ətrafındakı həssaslığla eyni olmadığını unutmayın və göz altına ayrı bir baxım kremi tətbiq edin. Baxım kremini göz ətrafına tətbiq edərkən də yumşaq və yumru barmaq hərəkətləriylə kremi göz ətrafınıza yedizdirin.
Göz altındakı zamanla əmələ gələn rəngli tünd ləkələr
Göz altında zamanla rəngli tünd ləkələr ya da bənövşəyiliklər meydana gələ bilər. Bu rəng dəyişmələri və bənövşəyiliklər bəzən bir xəstəliyin əlaməti olarkən bəzən də stress, yuxusuzluq, həddindən artıq yorğunluq, və yaşlanmağla bağlı kolajen əskikliyindən qaynaqlana bilər. Uzun nəfəsli peeling müalicələri və mezoterapi üsulları ilə rəng dəyişmələri yarana bilər. Bu tətbiqlər şüursuzca edildiyi təqdirdə nəticə verməyəcəyi kimi göz altı dərisinə də ziyan verə bilər.
Makiyajınızı təmizləmədən yatmayın
Gözlərin diqqətə çarpan olması üçün etdiyimiz makiyaj stilində tətbiq etdiyimiz işıqlandırıcı, ten, göz qələmi, kirpik üçün tuş kimi məhsulların uzun bir müddət dəridə qalmaması lazımdır. Yatmazdan əvvəl mütləq makiyaj silinməli heç bir qalıq buraxılmamalıdır. Bunu vərdiş halına gətirmək dəri üçün xüsusilə də göz ətrafı üçün olduqca əhəmiyyətlidir.

0 Yorumlar