Genişlənmiş məsamələr üçün maskalar

Genişlənlmiş məsamələr — çox qadının problemidir. Əksər hallarda bu piyli və qarışıq dəri tipinə sahib olan xanımları narahat edir. Əgər sizdə bu problem üzündən əziyyət çəkirsinizsə onda bu məqalə tam sizə görədir.

Limon maskası

1 xörək qaşığı südü 1 xörək qaşığı kəsmik ilə qatışdırır daha sonra üzərinə 1 limonun yarsının şirəsini əlavə edirik. Maska hazır olduqda üzə çəkib 20 dəqiqə saxlayırıq . Üzü isti su ilə yuyuruq.

Vitaminli maska

1 xörək qaşığı kök şirəsinin üzərinə 1 xörək qaşığı kosmetik gil əlavə edirik. Hazır maskanı yumşaq fırçanın köməyi ilə boyunun və üz dərisinə sürtürük. 20 dəqiqə saxlayırıq və isti suyla yuyub təmizləyirik.

Yumurta ağından maska

1 yumurta ağını yaxşıca çırpırıq üzərinə 1 çay qaşığı limon şirəsi əlavə edib qarışdırırıq. Üzə və boyun nahiyiəsinə sürtürük. Maska donacaq, maska üzdə tam quruyandan sonra onu isti suyuyla yuyub təmizləyirik.

Süd maskası

1 çay qaşığı kartof püresindən maska hazırlayırıq, üzərinə bir çimdik duz və bir fincanın yarısı qədər yoğurt əlavə edirik. Maskanı təmizlənmiş üzə qalın qatla qoyuruq. 30 dəqiqə saxlayıb isti suyla yuyuruq.

Yorum Gönder

0 Yorumlar