Ən sıx rastlaşdığımız dodaq problemi Keilit olaraq adlandırılan dodağın enflamatuar (İltihabı) xəstəliyidir.
Keilitə gətirib çıxaran əsas faktorlar:
- Dodaq çatlaqları; Ümumiyyətlə çox soyuq iqlim və ya quru isti küləkli vəziyyətlər kimi ekoloji faktorlarla bağlı meydana gələr. Dodaqlar bu vəziyyətdə yaralı, çatlamış və qabıqlanmış kimi görünər. Çoxu insan bu qabıqlanmağı azaltmaq üçün diliylə dodağını isladar. Lakin hər islanma sonrası dodaq daha da quruyar. Təkrarlanan tüpürcəklə islatmalar səbəbiylə dodaq çatlağı daha da pisləşər.
Bu vəziyyətin müalicəsində, əvvəlcə dilimizlə dodağı islatmağı tərgitməyimiz lazımdır. Ekoloji faktorların mənfiliyini azaldaraq vazelin və ya dodaq balzamı kimi yağlı məhsullarla dodağı nəmləndirsək bu problemi idarə edə bilərik. - Dodaq egzeması; Dəri quruluğu olan kəslərin dodaqlarında da quruma ola bilər. Bu vəziyyətdə dodaqlar üçün içində dodaq nəmləndiricilərinin sıx istifadəsi lazımlıdır.
- Kontakt keilit; Kimyəvi maddələrlə təmas nəticəsində inkişaf edən allergik xəstəlikdir. Bu cür problemlərə ən sıx səbəb olan faktorlara nümunə olaraq pomada, dodaq nəmləndiriciləri, diş pastası, ağız dizinfeksiya ediciləri, civə məzmunlu diş plombları, metallar sayıla bilər. Bu problem zamanı dodaqlarda qızartı, qabarıq, qabıqlanma və ya bəzən su dolu qabarcıqlar təşkil edən yaralar şəklində görülə bilər.
Müalicəsində kortizonlu dərmanlar və nəmləndiricilər istifadə edilir. Lakin, əsl müalicə səbəbin müəyyən olunması və uzaqlaşdırılması ilə olar. - Dərmanla bağlı keilit; Bu vəziyyət ümumiyyətlə ağız yoluyla alınan bir dərman sonrası inkişaf edən bir qızartı və su dolu qabarcıq təşkil edən bir vəziyyətdir. Ümumiyyətlə eyni dərmanın təkrar qəbulu ilə problem yenidən eyni yerdə meydana çıxar. Bu problemin müalicəsində faktor olan dərmanın bir daha alınmaması əhəmiyyətlidir. Yaranan yaralar dərman kəsildikdən sonra kortizonlu kremlər ilə qısa müddətdə sağalar.
- Dodaq kənarı çatlaq (Anguler keilit); Bu problem iki fərqli şəkildə görülə bilər. Əsasən iki dodağın birləşdiyi nöqtələrdə inkişaf edər. Bakteriyal və ya göbələk infeksiyaları nəticəsində meydana gələ bildiyi kimi, vitamin əskikliyi və ya dişlərlə əlaqədar problemlərlə bağlı olaraq inkişaf etmə ehtimalıda vardır. Müalicədə altda yatan faktor nəzərə alınmalıdır.
Nəticə olaraq dodaq baxımında yaxşı nəmləndirici xüsusiyyəti olan yağlı dodaq balzamları və ya vazelin kimi məhsullar istifadə edilməli, allergiyaya səbəb ola biləcək vəziyyətlər və ya maddələrdən uzaq durmaq lazımdır.

0 Yorumlar