2014 Ən dəbli saç modelləri

2014-cü ilin saç düzümləri sadə və eyni zamanda, dəbli görünür. Bu dəfə dizaynerlər mürəkkəb formalara və dağınıq saçlara deyil, sadə saç modellərinə üstünlük verməyə qərar aldılar. Bu il daha çox nəm effektli saçlar, at quyruğu və açıq sadə saçlar dəbdə olacaq. Dəbdə mükəmməl hamar saç düzümləri ilə yanaşı, həm də yüngül səliqəsizliklə yığılmış topuzlar olacaq.

Saç düzümlərinində artıq iri aksessuarlardan istifadə olunmayacaq. Bu il əsasən saçlar üçün nəzərdə tutulmuş nazik rezinlər, sancaqlar, saç rənginə uyğun lentlər dəbdədir.

Nəm saçların effekti


Saçlar üçün gel və bir az fantaziyadan istifadə edərək bu yay dəbdə olan obrazı yarada bilərsiniz. Nəm saçların effektiylə saç düzümlərini bir çox dizaynerlər təklif edir.sac-modelleri sac-modelleri2

At quyruğu


Aktual və rahat saç düzümü olan at quyruğu bir neçə variantda təqdim olunur: uca və yastı, hamar və ya dağınıq tellərnən olan modellər.At quyruğu at-qurugu2 at-qurugu3 at-qurugu4

Topuzlar


Gündəlik həyat tərzi üçün yüngül səliqəsizliknən yığılmış topuz saçlar mükəmməl variantdır. Dolce & Gabbana dizaynerləri isə belə saç düzümünü qızılı qəpiklər və güllərlə bəzəyiblər.topuzlar topuzlar2 topuzlar3 topuzlar4 topuzlar5

Hamar saç düzümləri


Rəsmi üslub üçün mükəmməl obraz - hamar saç düzümləridir. Belə variantlar Christian Dior, Altuzarra, Jason Wu, Stella McCartney kimi dizaynerlərin nümayişlərində görmək mümkün idi.hamar-saclar hamar-saclar1

Hörüklər


Bu mövsümdə hörüklü saç düzümləri əvvəlki illərə nisbətən o qədər də çox deyil. Yalnız bəzi dizaynerlər belə növ saç düzümlərinə üstünlük veriblər. Belə ki, Giles-in bütün modelləri hörüklərlə podiuma çıxıblar. Antonio Berardi isə arxaya daranmış açıq saçlarla kombinə olunmuş hörüklər təklif edib.horuklu-saclar

Açıq saçlar


Bu il açıq saç düzümlərinin bir çox variantları dəbdə olacaq. Həm ideal hamar saçlar, həm də səliqəsiz effekti verən açıq dağınıq saç düzümləri. Klassik dalğalı və buruq saç düzümləri də bu il dəbdədir.aciq-saclar aciq-saclar2 aciq-saclar3 aciq-saclar4 aciq-saclar5

Yorum Gönder

0 Yorumlar