Gün boyu bir çox məlumat ilə yüklənirsiz, hamısını xatırlamanız qeyri-mümkündür. Amma dinlədiyiniz ya da gördüyünüz bir şeyə fokuslandığınızda xatırlamaq daha asan olar. Yenə də bəzi şeylər həmişə diqqətin başqa istiqamətə çevrilməsinə maneə ola bilər.
Müşahidəçi olun
Bu gün günorta yeməyində xidmət təqdim edən qarson qadının saçı nə rəng idi? Yoldaşınız bu gün hansı montunu geydi? Yeni detalları fərq etmək üçün zaman ayırdığınızda, bu, zehininizin iti qalmasını təmin edər. Yolda gedərkən sağınıza, solunuza, prospektin fərqli künclərinə baxın. Daha əvvəl fərq etmədiyiniz iş yerləri ya da evləri fərq etməyə çalışın. Müşahidəçi olmaq, sizi daha əvvəl fərqində olmadıqlarınızla tanış edər. Heç ehtiyacınız olmayan məlumatlar olsa da detalları müşahidə etmək və xatırlamaq, sizi avto pilotdan çıxarar, yaddaşınızı itiləşdirər.
Yüksək səslə yaddaşda saxlayın
Qapını kilidləmək, dərmanınızı qəbul etmək, feni yerindən çıxartmaq kimi işləri hər vaxt unutmaq mümkündür. Çölə çıxdığınızda yenidən evə geri gəlməkdənsə, bütün bu işləri edərkən öz özünüzə yüksək səslə söyləsəniz yaddaşda saxlamış olarsınız. "Bu gün dərmanımı içdim", "İndi qapını kilidləyirəm" kimi yüksək səsli xatırlatmalar işinizi asanlaşdırar.
Bəzən girdiyiniz otaqda nə edəcəyinizi unudarsınız və "Mən indi bura niyə gəlmişdim?" deyərsiniz. Burada da eyni taktikanı istifadə etməlisiniz. "İndi bu otaqdan qayçını götürəcəyəm" deyə yüksək səsli təkrar, zehininizin dağılmasına mane olar.
Eyni anda birdən çox iş etməyi azaldın
Bir əlinizlə yemək yeməyə çalışıb digər əlinizlə telefonlamı danışırsınız? Fonda da radio xəbərləri? Bəzən başqa şansınız yoxdur, o gün içində birdən çox işi, vəzifəni yerinə yetirmək məcburiyyətdəsiniz. Amma eyni anda bir çox işi etməyiniz keyfiyyətcə aşağı ola bilər. Bir işi edərkən digəriylə əlaqədar edilməsi lazım olanları həll edib həll etmədiyinizi xatırlamanız qeyri-mümkünləşə bilər.

0 Yorumlar