Qrip deyilincə ilk olaraq ağılımıza gələn bitkilərdən biri cökədir. Çökə içərisindəki komponentlərdən bəzilərinin (flavonoit) iltihab aradan qaldırıcı və ağrı kəsici təsir göstərərkən, bəzi komponentləridə (müsilaj) boğazı yumşaltması nəticəsində boğazda iltihabın qarşısını aldığı və soyuq dəymə şikayətlərinin yüngülləşməsində müalicəyə köməkçi olduğu bildirilir.
Adaçayı
Ağız və boğaz iltihablarında təsirli olduğu bilinən bir başqa bitki isə adaçayıdır. Xüsusilə ağız və boğaz iltihablarında (farengit, diş əti iltihabı kimi) faydalı olduğu bilinir. Bu səbəbdən çay şəklində (qətiliklə qaynadılmadan) adaçayı ilə hazırlanan qarqaranın bu məqsədlə istifadə edilməsi təklif edilir.
Zəncəfil
Soyuq dəymə və qripin qarşısını almaq üçün və müalicəsində faydalı olacaq zəncəfil rizomlarının faydaları, gözlənilən təsirin dəstəklənilməsi baxımından əhəmiyyətlidir. Zəncəfilin içərisindəki bəzi komponentlər qüvvətli iltihab aradan qaldıran təsirə malikdir.
Qərənfil
Ağız və boğaz yanğılarında yanğı aradan qaldırıcı; bakteriya, mikro göbələk və ya virusların gətirib çıxardığı ağız və boğaz infeksiyalarında antiseptik olaraq və ağrı hissini yüngülləşdirici təsiri söz mövzusudur. Bu səbəbdən soyuq dəymə zamanı çay olaraq içilməsi ya da sıx qarqara olaraq tətbiq olunması faydalıdır.
Qara bibər
Top və toz formalarındakı qara bibər meyvələri ilə hazırlanan çayın qarqara şəklində boğaz infeksiyalarında faydalı olduğu bilinir. Xüsusilə boğazda soyuq dəymə zamanı tədbiq olunması vəziyyətində daha təsirli ola bilər. Ayrıca icra edilən işlərdə immunitet sistemini gücləndirici, yanğını və spazmları aradan qaldırıcı, xərçəng xəstəliyinin qarşısını almaq klimi təsirlərə malikdir.

0 Yorumlar