Xüsusilə məzmununda yüksək nisbətdə su saxlayan həssas məhsullar, nəmləndiricilər, bədən losyonları və fondötenlər uzun davamlı istifadə üçün uyğun deyil.
Kosmetik məhsullarınızı istidən və birbaşa günəş işığından qoruyun. Xanım.net sizə kosmetik vasitələrin açıldıqdan sonra saxlama müddətini təqdim edir:
| Üz təmizləyici | 12 ay |
| Üz nəmləndirici | 6-12 ay arası |
| Üz seryumu | 6-12 ay arası |
| Üz maskası | 6-12 ay arası |
| Bədən kremləri | 12-18 ay arası |
| Günəş məhsulları | 6-12 ay arası |
| Şampun | 24 ay |
| Göz qələmi | 12-24 ay arası |
| Maye lanier | 3-6 ay arası |
| Fara (quru krem) | 12-18 ay arası |
| Tonalnı | 6-12 ay arası |
| Rəngləndirilmiş nəmləndirici | 12 ay |
| Pomada, dodaq qələmi | 12-18 ay arası |
| Allıq | 12-24 ay arası |
| Kirpik üçün tuş | 3-6 ay arası |
| Pudralar | 24 ay |
- Məhsulların qapaqlarını istifadədən sonra möhkəmcə bağlayın. Bu sayədə içinə hava girməyən qutular daha uzun ömürlü olar.
- Məhsulu istifadə etməzdən əvvəl əllərinizi yuyun. Makiyaj süngəri və allık fırçalarını həftədə bir dəfə şampunla yuyun. Beləcə məhsula daha az bakteriya keçməsini təmin edərsiniz.
- Məhsulu açıb istifadə etdiyiniz hissə nə qədər kiçiksə, məhsulun ömürü də o qədər uzun olar. Beləliklə məhsulun havayla təmasını sıfra endirmiş olarsınız.
- 2005-ci ildə çıxarılan istehlakçı qoruma qanununa görə istehsalçılar məhsul qabı açıldıqdan sonra ömürünün nə qədər olduğunu ifadə etmək məcburiyyətindədirlər.
- Siz yenə də gözlərinizə və burnunuza güvənin. Əgər kremin rənginin və qoxusunun dəyişdiyini düşünürsünüzsə, yeni bir məhsul almanın zamanı gəlmiş deməkdir.

0 Yorumlar