Hər insan diş və diş əti sağlamlığını qoruyaraq ömür boyu öz dişləri ilə yaşaya bilər. Bir çox yaxşı vərdiş kimi diş fırçalama vərdişi də uşaqlıq yaşlarında qazanılmalıdır. Ağız təmizliyinə başlamaq yaşı körpəlik illərindəndir.
İlk dişlər çıxana qədər ən az gündə bir dəfə körpənin dişləri yaş tənzif ilə silinməlidir.
Ağızdakı bakteriyalar yoluxucu olduğu üçün, ananın və ya körpəyə baxan kəslərin ağızlarına aldıqları əmzik, qaşıq və s. kimi şeyləri körpəyə vermələri doğru deyil. Məcunsuz fırçalama 3 yaşına qədər davam edilməlidir. 3-6 yaş arası uşaqlar, uşaq məcunları ilə dişlərini fırçalamalıdır. Uşaq məcunlarında flor nisbəti azaldılmış olsa belə uşağın məcun yeməsinə, udmasına icazə verilməməlidir, maneə ola bilmirsizsə, yenə məcunsuz fırçalanmağa üstünlük verməlisiz . 6-12 yaş arası süd dişi dəyişmə dövrü olduğu üçün çürük süd dişlərinin, daimi dişlərin də çürüməsinə səbəb olmaması baxımından bu dişlərin müalicə edilməsi böyük əhəmiyyət daşıyır. Bu dövrdə valideynlər tərəfindən həftədə 1-2 dəfə diş sapıyla uşağın dişlərinin arası təmizlənməlidir.
Doğru və nizamlı diş fırçalama, böyüklüyü və ağıza uyğun gələn bir diş fırçası seçmi ilə başlayar.
Diş pastası ləbləbi böyüklüyündə sıxılmalıdır. Diş fırçasını islatmadan fırçalamağa başlamaq lazımdır, çünki yaş olan zaman verəcəyi fərahlıq hissi bir anda əslində daha təmizlənmədən dişlər təmizlənmiş kimi qəbul etməyə yol aça bilər. Təsirli fırçalama əməliyyatı diş fırçası və diş pastası növündən daha əhəmiyyətlidir.
Fırçalama zamanı dişləri həddindən artıq təzyiq tətbiq etmək səhvdir.
Axşam yatmazdan əvvəl dişlərin fırçalanması daha əhəmiyyətlidir, çünki gecə tüpürcək axışı azalar, bu da dişlərin üzərində qalan bakteriyanın dişlərə zərər verməsinə səbəb olar.

0 Yorumlar