Dodaqlarınızı dolğun göstərəcək makiyaj hiylələri

Dodaqlarınızın daha dolğun görünmələrinimi istəyirsiniz?

Qan dövranını sürətləndirin

Dodaqlarınızı nizamlı olaraq ölü dərilərdən təmizləmək qan dövranını sürətləndirəcək və dodaqlarınızın daha dolğun olmalarını təmin edəcək. Bunun üçün kiçik bir diş fırçası istifadə edə bilərsiniz.

Yalançı kölgə meydana gətirin

Su keçirməz, tünd qəhvə rəngi bir göz qələmi alın və alt dodağınızın dərhal altından kiçik bir xətt çəkin, xəttiniz çox yüngül və incə olsun. Bu, saxta bir kölgə görünüşü ortaya çıxardacaq.

Son toxunuş parlaq olsun

Pomada seçərkən parlaq olmasına diqqət yetirin. Dodaqlarınızdakı işıq əks olunması onları daha dolğun göstərəcək.

Ağ göz qələmi istifadə edin

Qəhvə rəngli göz qələmiylə etdiyiniz kölgələr xoşunuza gəlmirsə, ağ qələm istifadə edin. Makiyaj vəsaitlərinizi tətbiq etdikdən sonra, ən sonda ağ qələm istifadə edərək dodaq altınızda incə bir ağ xətt çəkin. Bu, üç ölçülü bir təsir yaradacaq.

Pomada ilə eyni rəng qələm istifadə edin

Pomadanızı seçərkən onunla eyni rəngdə bir dodaq qələmi alın. İkisini birlikdə istifadə edərək daha dolğun dodaq görünüşünə sahib ola bilərsiniz.

Dodaq böyüdücü pomada istifadə edin

Artıq hər yerdə dodaq dolğunlaşdırıcı pomada tapmaq mümkündür. Bu pomadalardan əldə edərək dodaqlarınızın daha dolğun olmalarını təmin edə bilərsiniz.

Yorum Gönder

0 Yorumlar