Həyatın hər sahəsində təsirini göstərən bürclər, söz mövzusu dekorasiya zövqü olduğunda da geri qalmır… Bürclərə görə dekorasiya təklifləri , bürclərin dekorasiya zövqü , hansı bürc nə tərz dekorasiyanı sevər.
Qoç bürcü
Qoç bürcü od qrupunun ən ehtiraslı bürcüdür. Öz həyat sahəsində mütləq xarakterini ortaya qoyacaq dəqiq xəttlər istəyər. Əgər evlənəcəyiniz adam ‘qoç bürcü' dürsə ‘' həyatım sən otur mən mebelləri seçərəm'' deyə bilməzsiniz. Öz fikirini təqdim edəcək və zövqünə uyğun əşyaları almanız üçün məcbur edəcək. Sənətə meyllidir. Vəsait seçimlərində cəsur parçalara yönəlmək, klassik seçimlər etmək onlara daha çox zövq verər. Qırmızı rəng kimi enerjisi yüksək isti rənglərdən xoşlanarlar. Rahatını da düşünəcəyi üçün yellənən kürsü ya da lüks dəri masaj kreslosuna sahib olmaq qoç bürcünü çox xoşbəxt edə bilər. Yataq otağı yerinə salon kimi ünsiyyətin ön planda olduğu həyat sahələrinə seksual detallar da qoymaq istəyə bilər. Gözəl bir tablo, qoxulu şamlar və zəif işıqlı xüsusi dizayn lampalara qoç bürclərinin evində rast gələ bilərsiniz.
Buğa bürcü
Buğa bürcünün imtina edə bilməyəcəyi iki şey vardır. Lüks və rahatlıq. Evlərini doldurmaq yerinə tək bir əşya ilə ömürlərinin sonuna qədər xoşbəxt ola bilərlər. O əşyanı da qırx dərədən su gətirərək seçərlər. Bir tərəfdən büdcələrini aşacaq seçimlər etməyi seçməz, digər tərəfdən lüksdən imtina etmək istəməzlər. Aldıqları hər nə olursa olsun mütləq rahat, uzun ömürlü olmasını istəyərlər. Musiqi dinləmək onlara xoşbəxtlik verər. Rahatlıq tapacaqları mühitlərdə olmağı arzu edərlər. Mavi və yumşaq çəhrayı tonları ev dekorasiyasında seçəcəkləri rənglərdəndir. Klassik seçimlərə yönələ biləcəkləri kimi müasir xəttlərdən də xoşlanarlar.
Əkizlər bürcü
Əkizlər bürcünün insanları dəyişən bir bürcdür. Buna görə evlərində davamlı kiçik dəyişikliklərə gedə bilər, əşyaların yerini davamlı dəyişdirə bilərlər. Köhnələrdən tez imtina edər, yeniləri sevərlər. İmtina edə bilməyəcəkləri bir əşyanın bir çox funksiyası olmalıdır. O əşya yataq otağına, salona hətta mətbəxə qoya biləcəkləri, hər yerə uyğun bir stilə sahib olmalıdır. Rəng mövzusunda qorxusuzdurlar. Yoxlama - yanılma üsulu ilə onlar üçün qüsursuzu kəşf edərlər. Enerjisi yüksək obyektlər xoşlarına gələr. İşıqlı əşyaları sevərlər. Eqoları da yüksək olduğundan aynalardan imtina etmək onlar üçün çətindir. Parlaq sarılar, yaşıllar, mavilərin yanında boz rənglərədə evlərində yer verərlər. Ən sadə əkizlərin evində belə mütləq sıra xarici bir şey olmalıdır.
Xərçəng bürcü
Xərçəng bürcləri üçün yaşanmışlıq çox əhəmiyyətlidir. Antikvarlar, xüsusilə ailələrindən qalan xüsusi parçalar evlərinin baş tərəfində dayanar. Yasəmən rəngi, bənövşəyi tonları dekorasiyada yer verdikləri rənglərdəndir. Həm bijüteriya da həm də dekorativ olaraq gümüşü sevərlər. Gümüş əşyalar insan enerjisini saxlayar.
Xərçəng bürcündən olan kəslərin evlərindən dəniz görürürsə onlardan daha xoşbəxt biri yoxdur. Mənzərəli şəkillər, akvarium, ailə fotoşəkilləri onlara dinclik verər. Onlar çox böyük bir evin xəyalını qurmaq yerinə nizamlı və dinc bir evin xəyalını qurarlar. Ev dekorasiyasında pərdə onlar üçün əhəmiyyətlidir. Çöldən görünmək əsla istəməzlər amma eyni zamanda çölü görmək də istəyərlər. Maraqlı qonaqların yataq otaqlarına baxmalarını istəməzlər. Otaqlarında dümağ yataq dəsti, baş uclarında sevdikləri adama aid bir fotoşəkil, puf-puf yastıqlar onları gözləməkdədir.
Şir bürcü
Keyfiyyət, bahalılıq və lüks şir bürcləri üçün imtina edilməz anlayışlardır. Şir bürclərinin yaşadıqları məkan dəbdəbəli və eyni zamanda da işıqlı olmalıdır, çünki nümayişi sevərlər. Qızıl və parlaq sarı rənglər evlərində yer verdikləri detallardandır. Almaq istədikləri şeylər üçün borclanmaqdan qorxmazlar. Süfrə nizamına əhəmiyyət verərlər. Əskiksiz, zövqlə hazırlanmış, görkəmli süfrələr aslan bürcünü həm təmin edər həm də iştahını açar. Buna görə süfrə dəstələrini diqqətlə seçərlər. Nə də olsa o, süfrənin kralıdır. Divarlarında südlü qəhvə və şərab rəngləri hakimdir. Çox müasir xəttə sahib əşyaları almaqdan çəkinərlər.
Az da olsa klassikə üstünlük verərlər. Evləri hər vaxt əskiksiz olmalıdır. Detalçı yanaşmaları onları ən lüks ünvanlara çəkər.
Qız bürcü
Qız bürcü insanı detallara çox əhəmiyyət verər və zərif bir zövqü vardır. Açıq rənglərdən xoşlanarlar. Həyat sahələrində ağ, boz, bej və dəniz mavisini istifadə etmək istəyərlər amma vasvası rəftarları onları bu rənglərdən uzaq tutar. Divar kağızı ilə yastıq parçasının, xalça ilə pərdənin uyğunlaşması onlar üçün əhəmiyyətlidir. Evlərində nə bir əskik nə də bir çox əşya saxlamağı sevməzlər. Şkafları onlar üçün əhəmiyyətlidir. Siyirtmə örtüləri, geyimləri üçün qutular, bölmələr onlara ən çox xitab edən detalların başında gəlir. Çox əşyadan xoşlanmadıqları üçün tək parçalıq böyük əşyaları seçim edə bilərlər. Orqanik əşyalar və parçalar başaq bürcünün dekorasiyasında tapılan, onlara həzz verən parçaların arasında iştirak edər.
Tərəzi bürcü
Tərəzi bürcü ədalətin simvoludur. Oxumaq, öyrənmək və öyrətmək istər. Evlərində kitabxana və iş otağı mütləq olmalıdır. Kitabxanalar onlar üçün həmişə əhəmiyyətli olmuşdur. Müəyyən bir rəngə olan asılılıqları yoxdur, yetər ki rənglər arasında uyğunlaşma olsun. Nizama əhəmiyyət verərlər. Onları süfrə masası ya da iş masası başında görə bilərsiniz. Yatıb uzanmaq yerinə bir şeylər yazar ya da oxuyarlar. Gecə lampaları əvəzolunmazdır. Onlar üçün evin hər tərəfinin işıqlı olmasına ehtiyac yoxdur. Divar saatları sevdikləri aksessuardı, həmçinin televiziya seyr etməkdən də xoşlanarlar
Əqrəb bürcü
Əqrəblərin dekorasiya zövqü digər bürclərə zülmət hissi oyandıra bilər. Əqrəb bürcləri tünd rənglərdən xoşlanar. Tünd şabalıd və tünd şərab rəngi onlar üçün düşünülə bilər. Uçuq dizaynlar maraqlarını çəkə bilər, amma bu dizaynların həqiqətən kiçik əşyalar olması lazımdır. Nizamlı və təmizkardılar. Qoyduqları əşyaları buraxdıqları yerdən götürmələri çox əhəmiyyətlidir. Öz dünyalarına bağlı bir şəxsiyyət əks etdirərlər. Gizlilik onlar üçün imtina edilməzdir. Şkafı ümumiyyətlə qıfıllı olar, ya da qıfıllı siyirtmələrə sahibdilər. Rahat bir yataq, onları çox xoşbəxt edər. Evlərinin yalnız bir yeri deyil bütün həyat sahələri onlar üçün əhəmiyyətlidir. Qonaq qəbul etməkdən çox xoşlanmadıqları üçün yemək masaları da ümumiyyətlə kiçik ölçüdədir. Biri ilə birlikdə dekorasiya seçimini edəcəklərsə də evlərində mütləq yalnız özlərinə aid olan bir sahə olsun istəyərlər. Onların zövqünü əks etdirən, rahat və mistik bir divan ömürlərini keçirəcəkləri bir parça ola bilər.
Oxatan bürcü
Oxatan bürcü enerjili bir bürcdür. Eyni zamanda dəyişən xüsusiyyəti daşıyar. Onlara xitab edən canlı rənglərin yanında göy mavisi, bənövşəyi və çəhrayı rənglərinə dekorasiyada yer verərlər. Məkanları adilikdən uzaq, fərah və canlı olmalıdır. Klassik əşyalardansa rahat seçimlərə yönələrlər. Fərqli, kəşf edilməmiş detallar və parçalar onlara xoşbəxtlik verər. Eyni zamanda köhnəyə bağlılıqları da vardır və antikvar əşyalardan da xoşlanarlar. Bahalı əşyalar onlar üçün cazibədar ola bilər. Yaradıcılıqlarını istifadə edərək sıfırdan çıxardıqları əşyaları istifadə etməkdən də böyük zövq alarlar. Şam və tüstü kimi mistik əks olunmalar maraqlarını çəkər. Evləri qətiliklə klassik tərzdə olmaz. Xoşlandıqları şeylərə sahib olma arzusu hiss edərlər, buna görə zaman keçdikcə evlərində əşyalar çox yığılar. Sahib olduqları hər əşya onlar üçün yaradıcılıq ilhamıdır.
Oğlaq bürcü
Oğlaq bürcü ciddi quruluşda bir şəxsiyyət sərgiləyər. Qara kimi klassik rəngləri sevər. Hesablayar, müqayisə edər, proyektləndirər və eldə etməyə qərar verər. Dəniz mavisi və qəhvərəngi, dekorasiyalarında önə çıxan rənglərdir. Ən yaxşısının özünün olduğuna inanar və bununla birlikdə ən yaxşı da onlarda olmalıdır. Xəyal etmə gücləri yerinə idarə etmə qabiliyyətləri daha inkişaf etmişdir. Oğlaq bürcləri moda axınlarından və professional dekoratorlardan kömək alarlar. Ortaya istədikləri kimi bir nəticə çıxana kimi pul xərcləməkdən çəkinməzlər. Divan dəsti seçimlərində dəri və məxmər parça maraqlarını çəkə bilər. Yer döşəməsi seçimlərində keyfiyyətli, özünü göstərən vəsaiti seçərlər. Evlərinin ümumi görünüşü klassikdən yanadır..
Dolça bürcü
Dolça bürcləri yenilikçi quruluş sərgiləyələr. İlklərin onlarda olması xoşlarına gələr. Hər şeydən əvvəl cəsurdular. Sınanmamışı sınamaqdan qorxmazlar və orijinal fikirlərə açıqdırlar. Bütün bu xüsusiyyətləri ev dekorasiyalarına da əks olunar. Xüsusi dizaynlar onları təmin edər. Adama xüsusi hazırlanan, tək olan şeyləri almağa diqqət göstərərlər. Həyat sahələri olduqca müasir və sadədir. Çox ömürlü əşyaları dərhal təyin edərlər. Gözdən çıxarmaq mövzusunda da qorxusuzdurlar. Antikvar əşyalar yerinə yenilikləri seçərlər. Qat-qat olan pərdələr içlərini böhrana salar. Sıxlıqdan yana deyirlər. Evlərində xalça yerinə parket ya da marley yer döşəməsi gözə dəyər.
Balıq bürcü
Evlərində ən çox zaman keçirməkdən xoşlanan, qonaqpərvər bürclərdir balıq bürcləridir. Öz zövqlərinin yanında evə gələcək qonaqlarının da rahatlamalarını göz önünə alaraq seçim edərlər. Çəhrayı, ağ və bənövşəyi tonları sevərlər. Dinclik onlar üçün çox əhəmiyyətlidir. Həyat sahələri şişirdilmiş əşyalardan uzaqdır. Təbii olan hər şeyi sevərlər. Pərdə mövzusunda kətan parçanı seçərlər. Qonaqpərvər strukturları onları böyük süfrə masası almağa yönəldər. Sadəlikdən yana, əskiksiz süfrələr hazırlamaqdan kef alarlar. Süfrə aksessuarlarına və yemək dəstələrinə düşkündülər. Yataq otaqlarını ayrı bir zövq ilə döşəyərlər. Qonaqpərvər strukturları evlərinin yer küncünü yaxınlarına açacaqları mənasını verməz. Lakin yenə də ayaqaltılarında ‘xoş gəldiniz' yazısına rast gələ bilərsiniz. Balıq bürclərinin evlərindəki dincliyi daha içəriyə addım atar atmaz hiss edərsiniz.

0 Yorumlar