3 günlük detoks diyeti

Təmizlənmək üçün ən yaxşı üsul... Detoks diyeti!

3 gün davam edən bu möcüzə detoks sayəsində diyetaya ilk addımı atacaqsınız.

1-ci gün:


Səhərdən günortaya qədər ilıq yaşıl alma kompotu.

Hazırlanması: Dilimlənmiş 3 ədəd qabıqlı yaşıl alma, 3-4 ədəd qabıq darçın, 5-6 ədəd qərənfil, 10-15 ədəd kişmiş. Bütün vəsaitələri qaynadıb ilıq olana kimi gözləyin sonra isə için.Blenderdan da keçirdə bilərsiniz. Mütləq ilıq olaraq istehlak edilməlidir.

Günortadan gecə yatana kimi kələm şorbası

Hazırlanması: Kiçik bir bütöv ağ kələm,1 baş soğan 3-4 diş sarımsaq 1 dəstə cəfəri, bir neçə ədəd uzun bibər 1 çay qaşığı kimyon, 1 çay qaşığı zerdəçal, 1 şirin qaşığı zəncəfil, 2-3 şirin qaşığı zeytun yağı. Bütün vasitələr qaynadılıb ilıq hala salınacaq. Blenderdan da keçirilə bilər. Mütləq ilıq olaraq istehlak edilməlidir.
*Ayrıca gün boyunca bol-bol ilıq mayelər qəbul edilməlidir. Razyana çayı, yaşıl çay seçilsə daha yaxşı olar.

2-ci gün:


Gün boyunca yalnız çiy qidalar istehlak edilməlidir.

  • Səhər: 2 ədəd yaşıl alma və 2 ədəd xiyar.

  • Günorta: Bol yaşıl salat (içində qəti pomidor olmayacaq! Arugula (roka) və vəzəri seçilsə yaxşı olar) 6-7 qaşıq yağsız qatıq və iki saatdan bir yaşıl alma və xiyar yeyiləcək.

  • Axşam: Yarım kilo qədər az qaynadılmış balqabaq və 2-3 qaşıq yağsız qatıq. Yatmazdan əvvəl: yaşıl alma


3-cü gün:



  • Səhər: 1 Böyük stəkanın yarısı yağlı süd, 2-3 ədəd qoz

  • Arada: Yaşıl alma

  • Günorta: Az zeytun yağı ilə qaynadılmış yarım kilo qədər balqabaq və 6-7 qaşıq yağsız qatıq.

  • Arada: 2-3 ovuc Təzə pendir ya da yağsız başqa bir növ pendir

  • Axşam: Soğan-sarımsaqla bişirilmiş təzə paxla, brokoli ya da ispanaq kimi yaşıl bir tərəvəz

  • Yatmazdan əvvəl: 2-3 ədəd kivi


Qeyd: gündəlik diyet müddətində bol ilıq maye (yaşıl çay, razyana çayı kimi) qəbul etməyi unutmayın!

Yorum Gönder

0 Yorumlar