Keçən yay dəniz və günəşdən köhnələn saçlarınızı bütün qış boyunca istirahət etməyə buraxdınızsa və 2014 ün davamında yenilik axtarırsınızsa, təbii saç rənginə sadiq qalaraq saçlarınızın uclarını açmaqla əldə edilən Ombre saç rənglərini təcrübə edə bilərsiniz.
İlk olaraq sarı saçlarda qarşımıza çıxan və zamanla tünd saçlarda da tətbiq olunan Ombre saç rəngi insanın üz ifadəsinin də yumşalmasına köməkçi olur. Balyaj və krepe balyaj tətbiqiylə qısa müddətdə açılan saç ucları daha sonra istəyinizə görə tündləşdirilə bilər.
Köklü dəyişikliklərdəki kimi insanı çaşdırmayan Ombre saç rəngləri insanın xarici görünüşünü də cavanlaşdırır. Ümumiyyətlə saç diblərinin rəngləriylə doğru mütənasib olaraq küllü sarı, qırmızı, mis və karamel tonlarında tətbiq olunur.
Tünddən açığa ya da açıqdan tündə doğru boyama üsulu olaraq adlandırılan Ombre trendini tətbiq edərək saç diblərinizə zərər vermədən görünüşünüzü dəyişdirə bilərsiniz.

0 Yorumlar