Portağal
Portağal suyunun faydaları saymaqla bitməz. Portağal və şirəsi qış aylarında əvəz olunmazdır. İçərisindəki C vitamini sayəsində bizləri soyuq dəymədən qoruyar. Bu tərz sıxılmış meyvə suları təzə olaraq istehlak edilməlidir.
Portağal C vitamininin yanında B vitamini, kalium, kalsium, maqnezium da ehtiva edir. Liflər, orqanik turşular və şəkər baxımından da zəngindir. Edilən bir araşdırmaya görə portağal şirəsinin içərisindəki kalium və maqnezium infarktdan qorumaqdadır.
Kök
İçərisindəki A vitamini gözlərə çox faydalıdır, eyni zamanda immunitet sistemini də gücləndirir və təbii bir antioksidandır. Müalicə edici xüsusiyyətləri çoxdur, digər tərəvəzlərin suyu ilə olan uyğunlaşması baxımından böyük bir sağlamlıq anbarıdır. Kök bədənimizə girdiyində birbaşa olaraq A vitamininə çevrilər. Bu da bizim gözlərimizə, immunitet sistemimizə, sümüklərimizə və dişlərimizə böyük ölçüdə güc qazandırar.
Xərçəngə gətirib çıxaracaq olan bir çox zərərli maddənin bədənimizdən atılmasını asanlaşdırar və yaşlanmağı gecikdirər. Mütəxəssislər xüsusilə hamilə qadınların kök suyu içməsini tövsiyə etməkdədir. Əgər kök suynunu tək içmək istəməsəniz alma şirəsi ilə qarışdıra bilərsiniz, çox ləzzətlidir.
Nar
Latınca adı "Punica Granatum" olan nar təbii bir dərman olaraq təyin olunmaqdadır. İmmunitet sistemini gücləndirməkdədir. İnfeksiyalara qarşı bədənin müqavimətli olmasını təmin edər. Bir stəkan nar şirəsində 10 stəkan yaşıl çaya və 4 stəkan çuğundur suyuna ekvivalent antioksidan maddə var.
Xolesterol salıcı və təşkil edici təsiri ilə ürəyin dostudur. Nar suyunu sıxmaq çətin görünsə də artıq çox praktik nar sıxma ya da dənələrini ayırma aparatları vardır.
Alma
Tox tutma xüsusiyyəti ilə bilinən alma diyet edən kəslərin imtina edilməz meyvəsidir. Almanın suyu və özü olduqca faydalıdır. Dadının çox ləzzətli olmasının yanında dəri üçün də çox faydalıdır. Alma şirəsidə bol miqdarda C və E vitamini var. Bunun yanında alma şirəsindəki antioksidan maddələrin dəri sağlamlığına böyük köməyi vardır.
Yaşıl və qırmızı almanı yeməkdən ya da suyunu içməkdən qorxmayın. Vitamin və minerallardan faydalanmaq üçün gündə 1 stəkan içməniz kifayət edəcək.
Pomidor
Pomidor tam bir sağlamlıq anbarıdır. Oynaq ağrılarında, mədə ağrısı, yanması və qripə qədər hər cür xəstəliyin təbii dərmanıdır. Bol miqdarda C və E vitamini ehtiva etməkdədir.
Qan təzyiqini salar, bədənin su tutmasına mane olar və bağırsaqların düz bir şəkildə işini təmin edər. Nişastalı yeməklərdən sonra pomidor suyu içmək həzmi asanlaşdırar, ayrıca dəriyə təzəlik və çəhrayılıq verər.
Qreyfrut
Portağala bənzəyən və sitrus bitkilərinin faydası baxımından dərman kimidir. Kalori və yağ yandırmada ayrıca maddələr mübadiləsini sürətləndirmədə olduqca təsirlidir. İngilislər səhər naharlarında qreyfrutu ortadan ikiyə bölüb üzərinə toz şəkər səpib qaşıqla yeyərlər. Diş əti qanamalarında da olduqca təsirlidir.
Nikotinin bədəndən atılmasını və siqaret çəkmə istəyini azaldar. Faydalarının yanında bəzi vəziyyətlərdə zərəri də ola bilər. Bu səbəblə diqqətli istehlak edilməsində fayda vardır. Qətiliklə dərmanlarla birlikdə istehlak edilməməsi lazım olduğunu ifadə etməliyik, zəhərlənmələrə yol aça bilər. Təzyiq salıcı xüsusiyyəti vardır gündə ən çox bir stəkan qəbul edilə bilər.
Ananas
İçərisindəki B vitamini səbəbiylə dərinin və saçların gözəlləşməsinə kömək edər. Son zamanlarda diyet edən kəslər ananas yeməyin ya da suyunu içməyin arıqlamaqda təsirli olduğunu ifadə etməkdədirlər. Mədə və bağırsaqları təmizləmə xüsusiyyəti vardır. Ananas alarkən üzərindəki yarpaqların yaşıl və təzə olmasına diqqət yetirin.
Ananasın qan sulandırıcı dərmanlarla birlikdə istifadə edilməsi tövsiyə edilməməkdədir. Suyunu sıxaraq ya da meyvəsini yeyərək bu meyvədən faydalana bilərsiniz.

0 Yorumlar