Toyuqlu kartof salatı

Xanim.net Sizə tez hazırlaya biləcəyiniz, Toyuqlu Kartof Salatının hazırlanma qaydasını təqdim edir.

Lazımdır



  • 1 ədəd toyuq sinəsi (qaynadılmış)

  • 3 orta boy kartof

  • 2 çay qaşığı mayonez

  • 1 kasa qatıq

  • 5 yarpaq kahı

  • 1 diş sarımsaq

  • duz və istiot


Hazırlanması:


Qaynadılmış toyuqları yaxşıca didin, kartofları qaynatdıqdan sonra yaxşıca əzin qatığı mayonezlə qarışdırın, duzu və sarımsağı istəyə görə əlavə edin.

İstiotu çox tökün,(bu salata dad verən toyuğun istiotlu bibərli olmasıdır) bir tərəfdə kahıları incə-incə doğrayın, diddiyiniz toyuğu qatıq mayonez qarışığının içinə tökün, kahıları əlavə edin, yaxşıca qatığı yedirin və ardından kartofları əlavə edin, təkrar qarışdırdıqdan sonra üzərini qaşığin köməyi ilə düzləşdirərək şəkilləndirin və ən son mərhələdə üzərinə istiot səpin.

Yorum Gönder

0 Yorumlar