Sobada quzu budu

Ədvəli, mətbəx sobasında nar kimi qızardılmış quzu buduna kim yox deyə bilər ki? Adamın ağlını alan bir ləzzət. Bahalı restoranların ən populyar yeməklərinin başında gəlir fırında quzu budu.

Siz eynisini evinizdə bişirə bilərsiniz və inanın bunun üçün fitri istedada ehtiyac yoxdur. Ehtiyacınız olan sümükləri çıxardılmış quzu budu ətidir.

8 nəfərlik Bişmə müddəti 60 dəqiqə

İçindəkilər:



  • 1 ədəd sümüyü çıxarılmış quzu budu

  • Bol sarımsaq

  • Qurudulmuş bibər və ya kəklik otu

  • 2 baş kərəviz kökü

  • 2-3 ədəd yerkökü

  • 2-3 ədəd orta ölçülü

  • nazikqabıqlı kartof

  • 1 şüşə bəyaz şərab (keyfiyyəti önəmli deyil)

  • Əti bağlamaq üçün ip

  • Zeytun yağı

  • Duz

  • qırmızı pul bibər

  • 3-4 dəfnə yarpağı


Hazırlanması:


Quzu budunu qəssabınızdan sümüyü çıxardılmış və ətin qalın hissələri incəldilmiş vəziyyətdə alın. Və ya sümüklü olaraq alıb evinizdə özünüz sümüyündən ayırın. Quzu budunu bişirdiyiniz zaman sümüklərdən də istifadə edə bilərsiniz. Bu halda yeməyinizin dadı birə on artacaq.

Quzu budunu taxtanın üstündə açın. Üzərinə bol duz və qurudulmuş bibər və ya kəklik otunu səpin. Əlinizlə ovaraq ədvanı ətə yedirdin. 5-6 sarımsağı soyun və incə dilimlər şəklində doğrayın. Doğradığınız sarım-saqları da ətin içinə səpin. Sonra əti rulon şəklində yuvarlayıb bükün. İpi ətin ətrafına dolaşdıraraq sarıyın. Ədvalanmış və iplə sarılmış əti bir kənara qoyun. Nazik qabıqlı kartoflarınızı soymadan yaxşıca yuyun və iri dilim şəklində doğrayın. İncə qabıqlı kartofunuz yoxsa qabıqları soyulmuş normal kartofdan da istifadə edə bilərsiniz. Yerkökü və kərəvizi də təmizləyərək iri-iri doğrayı.

Bir neçə diş sarımsağı da soyun. Bütün bu səbzələri mətbəx sobası qabına yerləşdirin. Üzərinə duz və qara bibər səpin.
Bir şüşə bəyaz şərabı da əlavə edin. Quzu ətinin sümüklərini səbzələrin üzərinə yerləşdirin. Onların da üzərinə iplə sarıdığınız quzu budunu qoyun.

Ən üstdən təkrar duz və zeytun yağı gəzdirərək 250 dərəcədə 60 dəqiqə bişirib çıxarın. Arada əti sobadan çıxarıb yoxlayın, səbzələri qarışdırın. Budu tərs üzünə çevirin ki, o biri tərəfi də yaxşıca qızarsın.

Əti tam bişmiş sevirsinizsə bir az daha bişirməyə davam edin. Budu taxtaya qoyub iplərini çıxardın. İti bıçaqla əti dilimləyin. Öncə səbzələri servis qabına alıb üzərinə ət dilimlərini yerləşdirib servis edin.

Məsləhət görülən içki: kəmşirin qırmızı şərab bu yeməyə çox yaraşır. Soyuducuda sərinlədib, ağzını açaraq haualandırdığınız kəskin aromatlı qırmızı şərabla, bol ədvalı quzu budunun ləzzətindən doymayacaqsınız.

Yorum Gönder

0 Yorumlar