Sobada kilkə dolması

Xanim.net Sizə, pəhriz yeməklərindən Sobada kilkə dolmasının hazırlanma qaydasını təqdim edir.

Ərzaqlar:



  • 600 qram kilkə

  • 3-4 budaq cəfəri

  • 100 qr çəkilmiş qoz içi

  • 100 qr əla növ un

  • 2 şorba qaşığı zeytun yağı

  • 7 ədəd dəfnə yarpağı

  • 1 ədəd limonun suyu

  • 1 qəhvə fincanı su

  • 1 çay qaşığı toz şəkər və duz.


Hazırlanması:



  • Kilkələri təmizləyib sümüklərini çıxarın. Yuyub, suyunu süzün və kağız dəsmal üzərinə qoyun.

  • Cəfərini təmizləyib doğruyun. Cəfəri, qoz, unu və 1 çimdik duzu bir kasada qarışdırın.

  • 8 ədəd kilkəni kiçik-kiçik doğrayıb qozlu qarışığa əlavə edin və qarışdırın.

  • Kilkələri ikiyə açıb içlərini qozlu qarışıqla doldurun və bağlanın.

  • Soba qabında, kilkələri açıq hissələri üstə gələcək şəkildə yan-yana düzərək möhkəmcə yerləşdirin.

  • Balıqların aralarına dəfnə yarpaqlarını dik olaraq yerləşdirib üzərinə zeytun yağı gəzdirin.

  • Toz şəkərini limon suyunda əridib balıqların üzərinə gəzdirin.

  • Su əlavə edib 1çimdik duz səpin.

  • Üzərini alüminium falqa ilə örtüb əvvəldən isidilmiş 180 dərəcə sobada 15 dəqiqə bişirin.

  • Falqanı çıxarıb 5 dəqiqə daha bişirin.

  • İsti olaraq xidmət etməyinizi təklif edirik.

Yorum Gönder

0 Yorumlar