Sobada balqabaq
Ocak 06, 2014
Xanim.Net Sizə Sobada balqabaq hazırlanmasının qaydasını izah edir.Ərzaqlar:
- 3-4 balqabaq
- 3 budaq şüyüd
- 1 ədəd soğan
- 2 çay qaşığı duru yağ
- 1 qəhvə fincanı su
- 8 şorba qaşığı qatıq
- 1 ədəd yumurta
- 1 şorba qaşığı rəndələnmiş limon qabığı
- Bir neçə nanə yarpağı
- Qara bibər, duz.
Hazırlanması:
- Balqabaqları təmizləyib halqa-halqa dilimləyin. Şüyüdü və soğanı soyub nazik doğrayın.
- Duru yağı teflon tavaya əlavə edib soğanı çəhrayılaşdırın.
- Balqabağı əlavə edib yüngül pörtlədin.1 fincan su əlavə edib balqabaq yumşalana qədər qapağı bağlı olaraq bişirin.
- Şüyüd, duz və qara istiot səpin.
- Qatıq, yumurta və rəndələnilmiş limon qabığını bir kasada çırpıb balqabağa əlavə edin və qarışdırın.
- Yumru soba qabını yağlı kağızla örtün. Hazırladığınız qarışığı boşaldıb yayın.
- Əvvəldən isidilmiş 180 dərəcəyə nizamlı sobada 20 dəqiqə bişirin.
- Soyuyunca üzərini nanə ilə bəzəyin və dilimləyərək xidmət edə bilərsiniz.
0 Yorumlar