Təbii peeling
- 1 kasa dəniz duzu
- 100 qr üyüdülmüş lavanda
- 100 qr üyüdülmüş ardıc toxumu
- kəklik otu
- limon qabığı rəndəsi
- susam yağı
Hazırlanması: Lavanda və ardıc toxumunu blendrda üyüdün daha sonra bütün vasitələri qarışdırıb üzərinə çıxacaq qədər susam yağı əlavə edin duşda bütün malzəmləri dairəvi hərəkətlə masaj edərək tətbiq edin və yuyun.
Selülit çayı
- 1 tutam qarğıdalı saçağı
- 1 tutam gicitkən otu
- 1 tutam sarmaşıq
- 1 tutam ayrık otu
Hazırlanması: Bütün vəsaitləri qarışdırın. Çay kimi dəmləyin. Axşamlar bir su stəkanı içə bilərsiniz
Selülit üçün təbii masaj yağı
- 3 ədəd qırmızı bibər
- 1 parça təzə zəncəfil
- 1 ədəd limon
- 2 çubuq darçın
- gül yağı
Hazırlanması: Qırmızı bibər və zəncəfili 4 parçaya bölün 1 ədəd limonun xarici qabığını rəndələyin 2 ədəd çubuq darçını əlavə edib bütün vəsaitlərin üzərinə çıxacaq qədər çiçək yağı əlavə edin. 40 dq. vam odda hamam üsulu istilədib daha sonra süzün əldə edilən yağı bir şüşə qaba qoyub səhər axşam dairəvi hərəkətlərlə masaj edərək tətbiq edin.
Hamam üsulu: Bir qazanın içərisinə su əlavə edib dəsmal qoyun ortasına bir qab içərisində qoymuş olduğunuz vəsaitləri istilədin.
Selülitlər üçün praktik həll
- 5 ədəd limonun suyu
- 1 şüşə uşaq yağı
- 1 qutu aspirin
Hazırlanması: Aspirinləri əzin, vasitələri qarışdırıb dəriyə dairəvi hərəkətlərlə tətbiq edin.
Çatlaqlar üçün təbii krem
- 1 şorba qaşığı kakao yağı
- 1 şorba qaşığı badam yağı
- 1 şorba qaşığı ərik yağı
- 1 şorba qaşığı çiyələk yağı
- 1 şorba qaşığı limon suyu
- 1 şorba qaşığı portağal suyu
Hazırlanması: Bütün vasitələri qarışdırıb dairəvi hərəkətlərlə tətbiq edin. Hamilələr çatların qarşını almaq məqsədi ilə də istifadə edə bilər.

0 Yorumlar