Saçlara çay sürtmək olarmı?

Dəri yeniləyici maska


Bu maska dərinizdəki toksinlərin atılmasına köməkçi olacaq. Üç yemək qaşığı qatıqla bir çay qaşığı bal və çayı qarışdırın. Gözlərinizi qoruyaraq üzünüzə sürtün və 20 dəqiqə gözlətdikdən sonra yuyun. Dərinizdəki yumşaqlıq və canlılıq hissini dərhal hiss edəcəksiniz.

Şiş gözlərdən xilas olun


Xüsusilə yorucu bir günün ardından ya da kompüter qarşısında uzun müddət qaldınızsa və ya axşam çox gec yatdınızsa, gözləriniz şiş və yorğun görünə bilər. Lakin bu vəziyyət canınızı sıxmasın. Bir çox dərdə çarə olan çay şiş gözlər mövzusunda sizə köməkçi ola bilər. Bunun üçün iki paket çayı yarım fincan qaynar suda 15 dəqiqə dəmlədin sonra soyuducuda bir az soyumasını gözləyin. Soyuducuda soyuduqdan sonra iki parça pambığı çaya batırın, sıxdıqdan sonra göz qapaqlarınızın üzərinə yerləşdirin və təxminən 10 dəqiqə qədər gözlədin. Gözlərinizin daha yaxşı göründüyünü görəcəksiniz.

Saçlarınızı parladın


"Saçlara da çay sürtülərmi?" deyə soruşmayın. Əgər saçlarınız cansız və mat görünürsə çay duşu əvəz olunmazdır. Saçlarınızı ilk olaraq normal şampununuzla yuyun və durulayın. Sonrasında daha əvvəl dəmlədiyiniz çayı saçınıza tökün və təxminən beş dəqiqə qədər gözlədin. Saçınızı duruladıqdan sonra fen köməyiylə deyil öz-özünə qurumasını gözləyin. Ardından saçınıza istədiyiniz kimi şəkil verə bilərsiniz.

Çayın tərkibində olan tein adlı maddə susuzluğu aradan qaldırır. E vitaminindən 20 qat daha güclü bir antioksidan olan polifenol adlı maddə isə qan dövranını sürətləndirərkən, hüceyrələrin oksidlənməsini qarşısını alır və dərinin yaşlanmasını gecikdirərək möhkəmləndirir.

Dərinizi canlandırın


Xüsusilə quru dərilər üçün qurtarıcı funksiyanı yerinə yetirən çaydan istifadə edə bilərsiniz. Nəmləndirici üz kreminizin içərisinə bir az çay əlavə edin və üzünüzə gecə yatmazdan əvvəl sürtün. Sonra dərinizi ilıq suyla yuyun və qurudun. Dərinizin yumşaq olduğunu görəcəksiniz.

Qeyd: aparılan araşdırmalara görə üzü qara ya da yaşıl çay ilə yumaq dəri xərçəngindən də qorunmağa köməkçi olur.

Sızanaqlara qarşı


Əgər üzünüzdə sızanaq çıxacağına dair işarələrin fərqinə vardınızsa tədbirinizi çayla ala bilərsiniz. Bir paket çayı bir neçə dəqiqə isti suda dəmlədikdən sonra paketi çıxarın və bir az soyumasını gözləyin. Sonra sızanağın çıxacağı yerə qoyun və 5-10 dəqiqə sızanağın üzərində gözlədin. Paketi götürdükdən sonra sızanağın olduğu yeri bir müddət yumayın. Sızanaq üzərində yaratdığı təsirə inana bilməyəcəksiniz!

Yorum Gönder

0 Yorumlar