Ərişdə şorbası
Ocak 06, 2014
Xanım.net Sizə, Ərişdə şorbasının hazırlanma qaydasını təqdim edir.Lazımdır
- 1 su stəkanı yaşıl mərcimək
- 1.5 su stəkanı əriştə
- 12 su stəkanı isti su
- 1ədət orta boyda soğan
- 5 yemək qaşığı zeytun yağı
- Duz
- İstəyə görə kərə yağı və nanə
Hazırlanma qaydası
- İri bir qaba zeytun yağı və soğanı tökün.
- Orta odda soğanı 1dəq yaxşıca qovurun.
- Mərciməki yuyub suyunu süzün və qovurduğunuz soğanların üzərinə əlavə edib 2 dəq qovurun.
- Qazana 10 su stəkanı isti su tökün və orta odda mərciməklər yumşalana kimi bişirin.
- Bişən mərciməklərə əriştələri,2 stəkan suyu və duz əlavə edib bişirin.
- Vam odda əriştələr yumşalana kimi bişirin.
- İstəyə görə üzərinə kərə yağı və nanə tökərək servis edə bilərsiz.
0 Yorumlar