Qısqanclıq sevgi və eşqə deyil, sahiblənməyə işarə edən bir vəziyyətdir və bu sahiblənmə duyğusunu, qısqanclığı məğlub etmə yollarını axtarırsınızsa, çox güman ki, qısqanclıq necə məğlub etmək olar sualını özünüzə verməyə başlamısınız. Sizin üçün işinizi asanlaşdıra biləcək bir neçə maddədən bəhs etmək istəyirəm.
Qısqanclığı məğlub etmə yollarından bir neçə ip ucu:
Müqayisə etməyin
Bərabər olduğunuz insan, ətrafınızdakı insanlar, Siz və hər kəs özünə görə bir şəxsiyyətdir. Bu səbəbdən yoldaşınızı qısqanmanıza səbəb olan müqayisə etmələrə sahibsinizsə, başqa insanlarla özünüzü müqayisə edərkən əsəbiləşirsinizsə, yoldaşınız üçün xüsusi bir insan olduğunuzu ağlınızdan çıxarmayın, heç kim sizin bənzəriniz deyil.
Özünüzü müşahidə edin
Qısqanclığı məğlub etmə yollarından bir də özünüzü müşahidə etmək yoludur. Qısqanclıq yaşadığınızda özünüzdəki dəyişmələri araşdırın. İçinizdə oyanan mənfi duyğuları, hissləri, ürək atışlarınızı və həm özünüzə həm ətrafınıza verdiyiniz zərərləri nəzərdən keçirin, bunlardan dərs almağa çalışın. Yox yerə girdiyiniz qısqanclıq krizisi yoldaşınızla aranızdakı ciddi problemlərin təməli ola biləcəyini unutmayın.
Sevginin daha çox sevgi, qısqanclığın daha çox çirkinlik, kobudluq və kədər yaratdığını hər zaman xatırlayın. İstər kişi istər qadın olsun, özünüzdən verdiyiniz enerjinizin bir şəkildə geri əks etdirdiyini bilməniz lazımdır.
Enerjinizi yoldaşınıza kiçik jestlər etmək, fəaliyyətlərə qatılmaq, ona sürprizlər hazırlamaq üçün istifadə edin. Yoldaşınızla birlikdə daha gözəl dəqiqələr keçirmənizi təmin edə bilərsiniz.
Sabahı daha az düşünməyə çalışın
Pis sabahları xəyal edərək özünüzü daha da çıxılmaz vəziyyətə salmaq yerinə bu gününüzün dəyərini bilin.
Uğurlu anlarınız yadınıza salın
Mütəxəssislər "qisqanclığa qapıldıqınızda, hüzur içində olduğunuz bir dövrü, sevərək etdiyiniz bir işi yadınıza salmağı" təklif edirlər. Qısaqanclıq zamanı kimisi "düşüncələrə" qərq olur, bir başqası qarşısındakını didikləyir, hətta şiddətə baş vuranlarda vardır... Reaksiyanız necə olursa olsun, özünüzü idarə edə bilmək üçün özünüzü ələ almalısınız.
Özünüzə güvənin, uğurlarınızı yazın
Gözəl xatirələrlə dolu bir qutunu qarışdırmaq, sıxıntı və ümidsizliklərinizi dağitmaniza yardım edəcək. Özünüzlə fəxr edin. Bir çox insan uşaqlarıyla öyünür, onlar sayəsində həyatı daha xoş tapırlar. Davranış formanınızı da dəyişdirə bilərsiniz. Sevdiyinizlə yolda gedərkən, onun başqa birinə maraq göstərdiyini görsəniz, dərhal "düyməyə basıb" özünüzü cazibədar hiss etdiyiniz bir anı xatırlayın və beyninizdə bu şəkilin pozulmasına icazə verməyin.
Açıq söhbətdən çəkinməyin
Əgər yoldaşınızın gözü davamlı başqa bir cinsin üzərindədirsə, ona rahatsız olduğunuzu söyləmək həqiqətən lazımdır. Qadınlar incidiklərini çox vaxt dilə gətirməzlər.Yoldaşlarıda onları nə sıxdıqlarını bilməz. Bu cür qadınlar güzgünün qarşısına keçib ah çəkərlər. Halbuki, Sizin daxili aləminiz xarici görünüşünüzə təsir edir. Unutmayın özünüzü necə görürsünüzsə, dünya da sizi elə görməkdədir.
Əlbəttə bu tövsiyələrim evlilikdə və əlaqələrdə qısqanclığı məğlub etmə yollarının böyük dərmanı deyil, ancaq sizə köməkçi ola biləcək kiçik ipuclarıdır.

0 Yorumlar