İçindəkilər:
- 500 qr. dana qıyması
- 1 ədəd yumurta
- 2 kiçik dilim bayat çörək
- 1 baş soğan
- 150 qr. kaşar pendiri
- kifayət qədər qıyılmış cəfəri
- duz
- qırmızı bibər.
Hazırlanması:
500 qr. qiyməni bir ədəd soğanı rəndələyin İsladılmış çörək içini, bir yumurtanı, doğranmış cəfərini, duzu və istiotu da əlavə edərək yaxşıca yoğurun. Yoğurarkən bir şorba qaşığı su əlavə etsəniz küftə daha yumşaq olar.
Hazırladığınız küftələrin hər iki tərəfini də çəhrayılaşdıraraq duru yağda qızardın.
Qızaran küftələri bir nimçəyə düzərək üstlərinə kiçik parçalar halında kaşar pendiri qoyun. Qızdırılmış sobaya qoyub, pendirlər əriyənə qədər 10 dəqiqə gözlədin sonra çıxardın. Pendirilərin üstünə azca qırmızı bibər səpin.
Qaynadılmış tərəvəz ilə xidmət edə bilərsiniz.

0 Yorumlar